Xiyarın faydaları

xiyarın faydaları haqqında maraqlı məlumatlarXiyar o tərəvəzlərdəndir ki, onsuz yay salatlarını təsəvvür etmək mümkün deyil. Bununla yanaşı xiyarın faydaları, dadı onu yeməyə vadar edir.

Xiyarın faydaları….  Xiyarın əsas hissəsi sudan ibarətdir. Lakin tərkibi faydalı maddələrlə zəngindir. Strukturlaşdırılmış və asanlıqla həzm olunan xiyar suyu demək olar ki, orqanizmə  lazım olan bütün mikroelementlərlə zəngindir. Xiyarın tərkibində olan vitaminlər: C, E, B1, B2, Provitamin A. Hərəsindən bir az olsa da, tərkibində bu qədər mikroelement və mineral olan tərəvəz də azdır.

Xiyarın tərkibində həmçinin, qlükoza, fruktoza, nişasta, askorbin turşusu, qəhvə və fol turşuları, xlorofil, kalium, kalsium, fosfor, maqnezium, dəmir, natrium, xrom, xlor, kobalt, sirkonium, manqan, nikel, mis, sink, alüminium, gümüş və titan mövcuddur.

Tərkibindəki kaliumun zənginliyi sayəsində xiyar qan təzyiqini normallaşdırmaq xüsusiyyətinə də malikdir. Yod qalxanvari vəzinin fəaliyyətini təmin edir və skleroza qarşı mübarizə xüsusiyyətini daşıyır. Mis, mərkəzi sinir sisteminin fəaliyyəti və orqanizmin insulin istehsalı prosessində iştirak edir. Bu da, xiyarı şəkər xəstələri üçün mühüm qida məhsulu olmasını təmin edir.

Təzə xiyar məhsulunu necə saxlamaq lazımdır?

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673