“Xoruzunu qoltuğuna vermək” əhvalatı

Millətim zəkidir və bu özünü ən çox zərb-misallar, aforizmlər və zarafatlarda göstərir. Çox gözəl atalar misallarımız var ki, bunların çoxunun əsil mənası, əhvalatı, yaranma hekayəsi artıq  unudulur. Bunlardan biri də xoruzunu qoltuğuna vermək ifadəsidir.

Bütün Azərbaycanda toy mərasimi bir neçə mərhələdən- «qızbəyənmə», «elçilik», «nişan», «paltarbiçmə», «xınayaxdı», toy şənliyi və «gəlingörmə» dən ibarətdir.

Adətən qızı oğlanın valideynləri və yaxın qohumları görüb bəyənər,  sonra elçilik edilərdi.  Adət üzrə elçilər şirniyyat,  çay,  qəndlə doldurulmuş zənbil və bir xoruz aparmaqla elçiliyə gedərdilər. Elçiləri qarşılayan qız evi bu şeyləri evlərində müəyyən müddət saxlayar, lakin əl vurmazdılar. Bu həm də sınaq müddəti adlanırdı. Həmin müddət ərzində qız evi də oğlanın ailəsi haqqında məlumat toplayar, bu barədə yaxın qohumları ilə məsləhətləşərdilər. Əgər qız evində razılıq olardısa zənbil açılar, xoruz kəsilərdi. Razılıq olmadıqda isə oğlan evindən bir nəfəri çağırar, zənbil və xoruzu geri qaytarardılar (Yəqin ki, «xoruzunu qoltuğuna vermək» məsəli də buradan yaraıb).

Elçilik üçün gedilərkən qız evində razılıq olarsa gətirilən xoruz kəsilər, razılıq yoxdursa geri verilərdi. Soruşanlara isə qızı vermədik mənasında “xoruzunu qoltuğuna verdik” deyilirdi.

Hər iki ailə arasında razılıq əldə edildikdən sonra nişan mərasimi həyata keçirilərdi. Nişan məclisi üçün oğlan evindən ərzaq göndərilər, qıza yaylıq və nişan üzüyü, şirniyyat xonçası aparılardı. Gənclərin nişanlı olduğu müddətdə oğlan evindən qız evinə bayram günlərində (Ramazan, Qurban bayramları) bayramlıq xonçaları göndərilərdi. Qızevindən də oğlan evinə xonça gətirilərdi.

xoruzunu qoltuğuna vermək

Bir digər maraqlı deyimimiz də “Aslanın erkəyi dişisi olmaz” zərb-məsələidir. Aslan və şir eyni heyvandır. Şirlərin erkəyinin uzun yalı olur, ona da elə aslan deyilir. Yəni aslan elə şirin erkəyinə verilən addır.

Bu məqaləmizdə isə toyuq niyə banlayır oxuya bilərsiniz…

Qeyd: xoruzunu qoltuğuna vermək frazeoloji birləşməsinin mənası.

biabırçılıqla məğlub etmək; rüsvayçılıqla qovmaq; ~ şələsini qoltuğuna vermək, papağını qoltuğuna vermək….    Ətraflı Azərbaycan dilinin frazeologiya lügəti


Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107