Xurma ağacına qulluq

Xurma (şişburun) gözəl biznes ideyadır. Rusiya bazarlarında bu meyvəyə tələb çoxdur. Xurma ağacına qulluq da əhəmiyyətlidir. Xurma subtropik iqlimin bitkisi olmasına baxmayaraq isti iqlim şəraitinə də adaptasiya olan bir bitkidir. Elə buna görə də ölkəmizin bir çox bölgələrində bu bitkiyə rast gəlmək olar.

Xurma ağacı

Ağac payızda yarpaqlarını tökdüyü üçün digər subtropik bitkilərə nisbətən daha çox şaxtaya dözümlüdür. Əsasən -12ºC qədər şaxtalara dözə bilirlər. Durğunluq dövründə ağaca temperatur 7,2 ºC aşağı olmaq şərtiylə təxminən 200-300 saat lazımdır. Xurmanın çiçəklənməsi digər ağaclarla müqayisədə gec olduğundan, yaz şaxtalarının onun üçün bir təsiri yoxdur. Meyvələrin yetişməsi üçün təxminən 140-160 gün lazımdır. Xurma rütubətli zonalarda daha yaxşı inkişaf edir. Rütubətin az olduğu zonalarda da bu ağacı yetişdirə bilərsiniz amma quru havada və günəşin təsirindən, meyvələrin üzərində yanıqlar olur. Xurma o tip ağaclardandır ki, külək onun inkişafına təsir göstərmir amma daimi şimal küləyinin də olduğu yerlərdə və ya yelçəkər ərazilərdə də əkmək məsləhət deyil. Külək ağaca təsir etməsə də, çiçəkləmə zamanı çiçəklərə və üzərində mevə olan ağacın budaqlarını qıra bilər. Üzərində meyvəsi olan budaqlara mütləq dəstək vurun.

Xurmanın çiçəkləri 3 tip olur. 
1. Erkək çiçəklər 
2. Dişi çiçəklər
3. Erkək və dişi orqanları olan çiçəklər.
Üçüncü tipə aid olan çiçəklər, diqqətə alınmayacaq qədər az olurlar. Bu çiçəklər məhsuldarlıqda təsir edə bilmirlər. 
Erkək çiçəklər- bir öncəki ilin budaqlarının yarpaqlarının kökündə formalaşırlar. Onlar dişi çiçəklərdən balaca olurlar. Yarpaqların köklərində tək, iki və ya üç ədəd olurlar. Tac və çanaq yarpaqları dörd hissədən ibarətdir. Zınqırov formasında olurlar.
Dişi çiçəklər -bir öncəki ilin budalardan yaranan pöhrələrdə olurlar. Çiçəkləri açıldığı vaxt açıq krem rəngində olur amma daha sonra qəhvə rənginə çevrilir. Çiçəkləri iri olur,çanaq yarpaqlar isə sərt və yaşıl rəngdə olur. 
Xurmanın bir çox növlərinə tozlanmaq üçün erkək çiçəkləri çox olan ağaclar yazımdır. Bu növlər tozlanmadıqda ya meyvələri olmur ya da olan meyvələri xırda olur və bir müddət sonra tökülürlər. Buna görə də ağacı tək əkmək məsləhət deyil. 

Xurma ağacına qulluq və suvarma

Xurma üçün sulanma çox böyük əhəmiyyət kəsb edir. Yazda ağacınızı müntəzəm olaraq sulamasanız, meyvələrinin az olması və vaxtından tez tökülməsi halları baş verə bilər. Bundan başqa meyvələrin yetişməsi zamanı , yəni meyvələrin rəngi yaşıldan sarıya keçməyə başlayanda, sulanmanı dayandırın. Bu zaman verilən su, meyvələrin çatlamasına səbəb olur.
Bir çox bağbanların rast gəldiyi hal, meyvələrin vaxtından tez tökülməsidir. Bunun bir neçə səbəbləri ola bilər: 
– Meyvələrinin həddən artıq çox olması. Bu zaman zəif və gec tutan meyvələr tökülür.
– Tozlanmanın olmaması
– Həddin artıq çox və ya az su vermisiniz 
– Azot gübrəsinin çoxluğu 
– Unlu şeh xəstəliyinin nəticəsində. 

Son zamanlar bizdə çox geniş yayılan Elmi adı Mulberry scale ( Rusca щитовка) olan xəstəlik də xurma ağacına böyük ziyan vurmaq iqtidarındadır. Bu ziyanverici ilə mübarizə üçün xüsusiləşdirilmiş insektisid yoxdur. Ona gorə də geniş spektrlı insektisiddən istifadə etməyiniz məsləhətdir. Misal üçün Aktellik(Актеллик), Arrivo(Арриво), Fitoverm(Фитоверм), Perimetrin(перметрин) və Fufanon(фуфанон).

Sual:  Təzə əkilən xurma ağaci yayda nece gündən bir sulanmalıdır və gübrə vermək olarmı?
Cavab: Baxır siz harda və necə torpaqda əkmisiz. Xurma ağacına qulluq üçün gilli torpaqda həftədə 1 dəfə 2 vedrə, qumsal torpaqda həftədə 2 dəfə-1 vedrə. Normal torpaqda isə 1 bel dərinliyə baxırsız. Torpağı sıxanda əgər dagılmırsa,deməli vaxtı deyil. Dağılırsa sulayın. Tez-tez sulamaq lazım deyil. Az sulayın amma bol sulayın. İqlimdən də asılıdır.

Sual: Bu il xurma ağacları yaxşı çiçəklədi amma meyvələr töküldü. Niyə?
Cavab:  Ya cox sulayırsınız ya da agacınız zəifdir. Çiçəkdən meyvəyə formalasma zamani, agacin cox gucu gedir. Əgər hiss eləsə ki gücü çatmır, çiçəklərini tökür. Bir də tozlanmamış çiçəklər də tökülür. Xurma üçün ətrafda bir neçə ağac olmalıdır. Yay boyu agacınızı gücləndirin. Muxtəlif universal gubrələr verə bilərsiniz.

xurma ağacına qulluq

Xurmanın faydaları üçün bu məqaləmizi oxuya bilərsiniz.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!