Xurma bağlarının vaxtında budanması

“Aqrokənd” MMC-nin rəhbəri Zəfər Nəsirov fikirincə xurma bağlarının vaxtında budanması çox vacibdir…

Xurma bağlarının budanması

xurma bağlarınınTərtər rayonunda fəaliyyət göstərən “Aqrokənd” MMC-nin rəhbəri Zəfər Nəsirov bildirib ki xurma bağlarını 10 il əvvəl salıb. Belə ki bu meyvə ağacları Tərtər rayonunun torpağına və iqlim şəraitinə çox uyğundur. Bu səbəbdən 2008-ci ildə 10 hektar ərazidə bağ salmaq qərarına gəlib.

Onun sözlərinə görə xurma tingləri 5-6 ildən sonra meyvə verməyə başlayır:

«Ən yaxşı halda hər hektardan 15 ton məhsul yığırıq. Ağaclara ilboyu aqrotexniki qulluq göstərilir.
Yüksək məhsul əldə etmək üçün ağaclar vaxtında budanmalı, zərərvericilərə qarşı mübarizə tədbirləri aparılmalıdır. Budama çox vacibdir, ağaclar budandıqdan sonra sahə alaq otlarından təmizlənməli, bağ vaxtlı-vaxtında sulanmalıdır».

Zəfər Nəsirovun sözlərinə görə, hazırda xurma bağlarında mövsümi meyvə yığımı davam edir. Yığılan məhsul soyutma anbarlarında saxlanır və qış aylarında əsasən Rusiyaya ixrac olunur:

“Hazırda İrəvanlı kəndində hər evdən ən azı bir nəfər burada işlə təmin olunub. Mövsümi meyvə yığımı ilə bağlı  Göyçay rayonundan da 20 nəfər işə cəlb etmişik.”

Onlar əsasən qablaşdırma işləri ilə məşğuldurlar. İl boyu bağlarımızda 20 nəfər daimi işlə məşğuldur. Mövsüm zamanı isə bu rəqəm 60 nəfərə çatır.

Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика