Xurmada “şişburun” sortu

xurma ağacı. xurma sortu

Şəmkir rayonunda xurma yığımına başlanılıb. Sahibkarlar 1789 hektar xurma bağlarında bol məhsul yetişdiriblər. Sahələrdə əsasən xurmanın şişburun, xirnik, karalyok və nəlbəki sortları becərilir. Rusiya bazarlarına ixrac edildiyi üçün rayonda xurmanın şişburun sortu daha çox əkilib.

Fermer Xeyrəddin Məmmədov müxbiri ilə söhbətində deyib: “4 hektar xurma bağım var. Bağda 2 min xurma ağacı əkmişəm. 30 tonadək məhsul gözləyirəm. Məhsulu Rusiya bazarlarına çıxaracağam”.

Xurma ağacı əkildikdən 4-5 il sonra bar verir.

Məhsul bolluğu əsasən mövsümdən asılı olur. Ancaq bağa aqrotexniki qulluq da məhsul bolluğunda əhəmiyyət kəsb edir. Xurma xəstəliyə çox nadir hallarda yoluxur və susevən bitkidir. Ona ildə 5-6 dəfə su verilməlidir. Mövsümdən asılı olaraq bir ağacdan 30-40 kiloqram, bəzən daha çox məhsul götürmək mümkündür.

Qeyd edək ki, xurma orqanizm üçün faydalılığı ilə seçilən meyvədir. Tərkibi yodla zəngindir. Mədə-bağırsaq, ürək-damar sisteminin fəaliyyətinə yaxşı təsir edir.

© Azərtac

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

One thought on “Xurmada “şişburun” sortu

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673