xurma
Sağlam qidalanma

Xurmanın ağız büzücü dadından xilas olmaq üçün…

Xurma – zəngin bir yod qaynağıdır. Bu meyvənin tərkibində olan vitaminlərə hər zaman ehtiyacımız var. Yod, D vitamininin sintez edilməsinə kömək edir, bu sintez ən çox  günəş işığının təsirindən yaranır. Payız, qış fəsillərində  D vitamininə və  yoda bədənimizdə tələbat artır.

Xurma nəyə xeyirdir?

Əlbəttə ki, xurma yod məzmunu baxımından dəniz  kələmindən geridə qalır. Lakin, Laminariyanı-dəniz kələmini hər kəs bəyənmir. Buna görə də, faydalı yosunların dadını bəyənmirsinizsə, qışda tez-tez xurma tükətməyiniz məsləhətdir. Xurmanın ağız büzücü dadından azad olmaq üçün bir neçə üsullar var.

Xurmanın ağız büzücü dadından azad olmaq üçün yollar..

  • Tez yetişdirmə: Soyuducunun üst hissəsinə xurmanı yuyulmamış qoyun bir həftə və ya bir yarım həftə gözləyin. Xurma şirin olacaq və ağzı büzüşdürməyəcək.
  • Mikrodalğalı sobada isitmə: Xurmanı yuyun, baş hissəsini təmizləyin, nəticədə alınan çuxura bir qaşıq bal əlavə edin və meyvəni 10 saniyə mikrosobaya qoyaraq isidin. Bu, xurmanı ağız büzən dadından xilas etmək üçün kifayətdir.
  •  Yeri gəlmişkən, xurma müxtəlif mədəbağırsaq xəstəliklərini aradan qaldırır. Mikrodalğalı sobada qısa bir müddət qaldıqdan sonra xurma zəif mədəyə belə zərər verməz.
  • Dondurmaq: Lakin nəzərə almaq lazımdır ki, bu mərhələdən sonra xurmanın içərisində olan beta-karotenin kiçik hissəsini itirəcək, amma ağız büzən dadı ləğv olunacaq.

Mənbə

0 COMMENTS

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!