Bitkilər Əkinçilik

Yağlı turp bitkisi nədir?

yağlı turp - yem bitkisi haqqinda

Birillik qeyri ənənəvi yem bitkisi – Yağlı turp.

Yağlı turp (Raphanus raphanistrum L. var. oleifera Metzg.) kələmkimilər (Brassicaceae) fəsiləsinə daxil olan birillik ot bit-kisidir. Bu bitki Şərqi Asiyada üç min il bundan əvvəl yağlı bitki kimi mədəni hala salınmışdır. Avropada və Rusiyada XIX əsrin axırlarından becərilir. Toxumunun tərkibində 40% – dən artıq yarımquruyan yağ olsa da toxumu çətin təmizləndiyindən geniş vüsət tapmamışdır. Hazırda Rusiyada xüsusən də Qeyri-Qara-torpaq bölgələrdə perspektivli yem bitkisi hesab edilir. Yaxşı bal verən bitkidir.

Turp torpaq münbitliyinə xüsusi tələbat göstərir.

Vegetasiya müddəti qısadır. 50-60 gün ərzində hektardan 250-300 sen. yaşıl kütlə verə bilir. Ona görə də onu tez yığılan bitkilərdən sonra be-cərmək və təkrar səpmək də olur.

Yaşıl kütləsi silos üçün və yaşıl yem kimi istifadə edilir.

Tərkibində zülal çox olduğu üçün çiçəkləmə fazasının sonuna qədər o pis siloslaşır. Ona görə də tez biçildikdə turpu başqa bit-kilərlə qarışıq siloslaşdırmaq lazımdır. Yağlı turpu ağ xardal kimi başqa birillik otların tərkibində qarışıq becərmək olar. Yağlı turp gülüllə yulafın və ya çöl noxudu ilə yulafın qarışıq əkinlərində yaxşı komponent hesab olunur. Çiçəkləmə fazasında yaşıl kütlə-sində 10-16 % quru maddə, 12-26 % protein, C vitamini və mine-ral duzlar olur.

Əlverişli şəraitdə 75-80 gün hektardan 500-600 sen. yaşıl kütlə verə bilir. Toxum məhsuldarlığı 10-18 sen/ha – dır.

  • Kök sistemi milşəkillidir, yuxarı hissəsində 2-3 sm-ə qədər yoğunlaşmışdır və torpağın 0,8-1,0 m dərinliyinə işləyə bilir.
Yağlı turp (Raphanus sativus L.): 1 – bitkinin ümumi görünüşü, 2 – cücərtisi, 3 – gövdənin yuxarı hissəsi,
4 – paxlası, 5 – toxumu
  • Gövdəsi 0,7-1,4 m hündürlükdə, budaqlanan, yaşıl qranit rən-gli, buğumlarından əyilmiş, içərisi dolu, yaxud boş, müxtəlif dərə-cədə tüklüdür.
  • Yarpaqları tükcüklüdür, aşağı yarpaqları saplaqlı, lirəvari-lələk-şəkilli olmaqla 2-6 dilimlidir. Yuxarı yarpaqları xırda, tam kənarlı, demək olar ki, oturaqdır (saplaqsız).Yarpağın rəngi sarımtıl- yaşıldan yaşıla qədər dəyişilir.

Çiçək qrupu seyrək salxımdır. Çiçəklərinin tacı kələmkimi-lərə xas olan ağ, çəhrayı və yaxud aşıq – bənövşəyi rənglidir, çar-paz tozlanır.

Meyvəsi iti uclu, açılmayan, şişkin qındır. Qının uzunluğu 3-7, diamteri 1,0-1,5 sm olmaqla çətin seçilən yuvalara bölünmüş-dür. İçərisində yumşaq parenximdə 6-10 ədəd açıq qəhvəyi rəngli, qeyri – düzgün oval formalı toxumları olur. 1000 ədəd to-xumunun kütləsi 8-12 qramdır.

Toxumunu adi taxıl səpənlərlə cərgəvi üsulla səpirlər.

Hektara 6-7milyon ədəd cücərə bilən toxum səpilir. Toxumları 2-4 sm dərinliyə basdırılır. Yaşıl yem üçün turpu çiçəkləmə fazasından meyvəvermə fazasına qədər olan dövrdə, silos üçün isə təmiz halda meyvəvermə fazasında yığırlar. Toxumluq sahələrini iki fazalı yığım üsulu ilə bitkinin orta hissəsindəki toxumlar yetişdikdə yığır-lar.

İstehsalat şəraitində hazırda Polşa, Almaniya, Rumıniya və Hindistandan gətirilmiş formaları daha çox yayılmışdır. İlkin yerli sortları – “Tambovçanka” və “Raduqa” yaradılmış və təsərrüfatlarda becərilir.

Müəllif: Hümbətov H. S və Hüseynov A. R.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!