Yaponların “ağıllı ferma” texnologiyası

yaponlarin agilli ferma texnologiyasi dunya uzre inkisafiYapon şirkətləri əcnəbi fermer təsərrüfatlarına internet əşyalar texnologiyası təklif edirlər. Ağıllı sensor və monitorinq sistemləri düyü və marulun məhsuldarlığını artırmağa, iribuynuzlu təsərrüfatlara uzaqdan nəzarətə yardım edəcək.

Artıq yapon şirkətləri bu məqsədlə Kolumbiyada ağıllı sensorları düyü sahələrində tətbiq edir. Sensorlar torpaq və sudakı mineral maddələrin miqdarına nəzarət edəcək, həmçinin tempratur və nəmişliyi də ölçəcəklər. Əldə edilən məlumat əsasında hər fermerə fərdi tövsiyyələr hazırlanacaq-bu məlumat mobil cihazlarda əlçatan olacaq. Buna bənzər texnologiyanı avropalılar artıq müasir istixana sistemlərində tətbiq edirlər. Sulama sistemi günəşin şiddətini ölçən xüsusi sensorlar tərəfindən idarə olunur.

Digər yapon mobil şirkəti Docomo da ağıllı fermer təsərrüfatı sistemləri qurmağa başlayacaq-amma Şimali Amerika və Asiyada. Heyvandarlara xüsusi çiplər təqdim ediləcək, hansılar ki, heyvanların dərisinin altına yerlışdiriləcək. Bu çiplər heyvanın bədən tempraturuna nəzarət edəcək. Həmçinin heyvan doğum əlamətləri göstərsə bu ferma sahibinin mobil cihazına siqnal ötürəcək. Sensorlar düyü sahələrində suyun və tempraturun səviyyəsinə nəzarət edəcək.

Bir digər yapon firması KDDİ, marul kələmi əkmək üçün mini-bağların satışına başlayır. Konteynerdəki kamera bitkinin inkişafına nəzarət edir və sahibkarın mobil cihazına məlumatlar ötürür.

Nikkei Asian Review məlumat verir ki, 2022-ci ildə “ağıllı fermer” bazarı 11,2 milyard  $-a çatacaq. 2016-cı ildə bu bazar 5,18 milyard $ olmuşdur. Bir çox fermer artıq dronlardan, GPS-texnologiyadan, ferma idaretmə sistemlərindən və robotlardan istifadə edir. Həmçinin su sərfini azaldan, məhsuldarlığı artıran üfüqi və şaquli konteyner-fermalar da populyar olmağa başlayıb.

Texnologiyalar vacib elementə çevrilib. Bilirsiniz niyə? Çünki fermer çatışmır. 1900-cü ildə Amerikada işçi qüvvənin 41%-i fermalarda çalışırdı, bugün isə bu göstərici 2%-dir. Yaponiya və Çində də aqrosektorda işçi qüvvəsi çatışmır.

Mənbə:

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!