Yaponların uzunömürlü olmasının 11 səbəbi

Yaponiyadakı insanların dünyadakı digər insanlardan daha çox yaşadığı sirr deyil. Qərblilər bu günə qədər yaponlara baxıb bu xüsusiyyətlərinə həsəd aparıblar. Bəs yaponların uzun yaşamağının sirri nədədir? Agroexpert.az yaponların uzunömürlü olmasının 11 səbəbini təqdim edir.

yapon yemeyi
 1. Çox tərəvəz yeyirlər

Bizim bol şəkərli, yağlı , qeyri-sağlam yeməklərimizin əksinə yaponların ənənəvi yeməkləri bol düyü, tərəvəz və balıqdan ibarət olur. Yaponlar vitamin və mineral çatışmazlığı yaşamırlar.

2. Yeməklərinin bişirmə üsulları fərqlidir

Yağlı qızartmalar kimi qeyri-sağlam üsullar yaponların heç adəti deyil. Lifi bol paxlagilləri pörtlədərək sağlam üsullarla hazırlayıb, balıq və tərəvəzlərin yanına əlavə edərək keyfiyyətli yemək hazırlayırlar.

3. Çoxlu sağlam çay içirlər

Qəhvəyə az üstünlük versələr də yaponların mədəniyyətində çay çox böyük bir yer tutur və yapon çaylarının içində qəhvədən daha çox antioksidant var. Bu ən çox da yaponların “matcha” adlı xüsusi (və bahalı) ədviyyatlı çayında var. Bu çay üçün yarpaqlar xüsusi üsullarla yetişdirilir.

4. Təzə qidalar istifadə edirlər

Qidaları çox təzə və mövsümünə uyğun olur. Əkinçiliyə əlverişli kiçik bir ada olmağın faydalarını burada artıqlaması ilə görürlər. Nə tərəvəz üçün, nə balıq üçün, nə də başqa şeylər üçün çox da uzağa getməyi lazım deyil.

porsiya
5. Porsiyaları  daha kiçikdir

Porsiyaya nəzarətin Yapon mətbəxində əhəmiyyətli bir yeri var. Yaponların ciddi  etiket qaydaları var. Bunlardan bəziləri də yemək çubuqlarını diqqətli istifadə etmək, düyünü kiçik boşqab və ya kasadan yemək, yeməyi çox bəzəməmək, yeməkləri müxtəlif qablarda süfrəyə vermək, boşqabı tam doldurmamaq və böyük porsiyalar istifadə etməmək. Uzun ömürlü olmaqlarında “haray hachi bu” gözəl atalar sözünü də töhfəsi olduğunu deyirlər. Bu sözün mənası isə “qarnını 80 % doyurt”.

6. Daha çox gəzirlər və ayaq üstə qalırlar

Yaponların gündəlik həyat tərzi bu şəkildədir: Oyanmaq, qatar stansiyasına getmək, qatar gözləmək, qatarda ayaq üstdə dayanmaq, işlərinə başlamaq. Yaponiyada kütləvi nəqliyyat vasitəsi bir norma halındadır. Demək olar ki, hər kəs velosiped və qatardan istifadə edir. İşçilərin böyük bir qismi də işlərini ayaq üstə edir.

7. Hər səhər radioya qulaq asaraq idman edirlər

Yaponlar böyük qruplar halında toplanıb, səhər radioda bir məşqçi ilə məşq edirlər. Xalqın böyük əksəriyyəti bu adi həyat tərzinə daxildir. Faydaları da aşkardır.

8. Səhiyyə xidmətləri daha ucuzdur

Bu mövzuda söhbəti çox uzatmağa ehtiyac yoxdur. Yaponlar digər ölkələrin çoxundan qat-qat ucuz səhiyyə xidməti alır və bu sayədə bizim həyatımızda nadir hallarda yer alan, əslində müntəzəm olaraq keçirilməsi lazım olan check-up üçün hər ay xəstəxanaya gedirlər.

gezinti
9. Çöldə daha çox vaxt keçirirlər

Demək olar ki, hər yerə piyada getmələrinin yanında bir de budur. Yaponlar ümumiyyətlə, bir-birilərini evə dəvət etmək əvəzinə çöldə görüşüb vaxt keçirirlər. Sosiallaşmağın uzun yaşamağa təsiri test edilməsə də duyğusal olaraq yaxşı təsir edir.

10. Təmizliyə çox əhəmiyyət verirlər

Yaponların təmizlik məsələsinə ciddi yanaşırlar. Yay günlərində adətən 2 dəfə çimirlər. Əsrlərdir var olan ənənələri Şintoizmin böyük bir qismi saflıq, təmizlik kimi anlayışlardan yaranır.

11. Asiyasayağı tualetlər (köhnə tərz tualetlər)

Asiyasayağı tualetlər bağırsaqlar üçün daha sağlam bir vəziyyət yaradır. Yaponiyada da ölkəmizdəki kimi həm unitazlar, həm də köhnə tərz tualetlər hələ də mövcuddür.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673