Yarpaq bitiylə mübarizə üsulları

Bağlarda, ofisdə, evlərdə, yaxud eyvanlarda dibçəklərdə çiçək yetişdirərək onlara çox diqqətli və lazımi qayğı göstərərək bitki yetişdirməyə çalışırıq. Böyüyüb gözəl çiçəklər açmalarını və ya meyvə vermələri üçün hər cür qayğı göstəririk. Bunlar üçün lazımi şəraiti, uyğun işığı, hava və uyğun gübrələyirik. Mütəmadi sulayaraq solub qurumaması üçün kifayət qədər qayğı göstəririk. Ancaq bu qədər şeyi etməyimizə baxmayaraq, arzuolunmaz hallar da baş verə bilər.

yarpaq

Bunlar yarpaq biti dediyimiz bitki öldürən, qurudan, inkişafına mane olan və ya məhsul verilməsini dayandıran bitkinin düşmənidir deyə bilərik. Bu yarpaq bitləri yaşıl və ya rəngli olmaqla yanaşı 1-4 mm arasında kiçik zərərli canlılardır. Yarpaq bitlərinə yaşıl bit də deyilir.

Həmçinin kiçik olmaqla bərabər bitkinin inkişafını tamamilə dayandıra və bitki üçün zərəri olduqca böyükdür. Yarpaqların öz suyunu əmərək yarpaqlarını susuz qalaraq qurudur. Bu susuz qalmağın nəticəsində isə bitki fotosintez edə bilmir və solaraq inkişafı dayanır. Çöldə olan bitkilərdə daha çox olan bu yarpaq biti bitkilərin tam bir kabusu halına gəlmişdir. Çöldə olan bitkilərinə yaxın başqa bitkilərin üzərində formalaşması nəticəsində yaxınıdakilərə sıçrayıb olduqca böyük zərər verə bilər. Bunlar qanadlı və ya qanadsız ola bilər. Tez və sürətli şəkildə çoxalaraq qısa müddətdə bitki üçün böyük problemlər yaradır.

Yarpaq bitiylə mübarizə tədbirləri

Yarpaq biti bitkinin inkişaf edib, böyüməsinə tamamilə təsir edən və bitkini susuz qoyaraq quruyub solmasına səbəb olan bitlərdən bitkilərinizi hər zaman qorumalısınız. Ancaq bu yarpaq bitindən xilas olmaq o qədər də çətin deyil. Çox sadə üsulları mövcuddur.

parabüzən

Bunlardan biri parabüzəndir. Parabüzən böcəyi yarpaq biti ilə qidalanan və bitkilərin üzərinə qoyaraq yarpaq biti əmələ gəlməsini qarşısını alır. Amma hər zaman bu üsul edilməyə bilər.

Digər üsul isə ərəb sabunu qarışığı ilə hazırlanan dərman üsuludur. İlıq olaraq 1 litr suya 5-6 qaşıq ərəb sabunu ataraq yaxşıca qarışdırın və bir sprey qabına əlavə edin. Hər gün ən az 1 dəfə bitkinin kökünə və yarpaqların alt hissəsində yaranan bitkilərin üzərinə sıxın. Çox qısa müddətdə bitkidə olan bitlərin töküldüyünü görəcəksiniz. Eyni zamanda bu proseduru gündə 2-3 dəfə apararaq yarpaq bitinə qarşı tədbir alaraq yaranmasının qarşısını ala bilərsiniz. Ərəb sabunu bitkilərə daraşan bitlərin və ya milçəklərin uzaqlaşmasında və qarşısının alınmasındakı ən təsirli üsuldur. Tam bir təbii dərman kimi istifadə edilir. Həmçinin ərəb sabunu ilə hazırlanan bu üsul sprey sistemi ilə püskürdülərək bütün bitlərin islanması və bu dərman ilə təmas etməlidir.

Yarpaq biti ilə orqanik mübarizə

Yarpaq bitindən xilas olmaq üçün yuxarıda izah edilən ərəb sabunu üsulunu istifadə etməkdən başqa, aqrokimyəvi dərman da istifadə edə bilərsiniz. Ərəb sabunu üsulu evdə imkan daxilində yuyucu tozlar və ya ona oxşar məhsullarla keçirilən praktiki üsuldur. Bitkilərdə əmələ gələn yarpaq biti və ya digər həşəratlar ilə əlaqədar olaraq təbiət dostu orqanik üsullar mövcuddur. Bunlar cücərməyə nail olmaq üçün aspirin üsulu, bitkilərin məhsuldarlığı və canlılığı üçün oksigenli su, şitillərin çiçəklənməsi üçün darçın qarışığı və yağ, sabun, karbonat qarışığı ilə püskürtmə qabı içərisində bitkiyə bol miqdarda püskürdülərək həşərat və bitlərin qarşısı alınır. Bu üsullar evdə imkanr daxilində asanlıqla hazırlanıb bitkilərə tətbiq oluna bilər.

Yarpaq biti insana düşə bilərmi?
yarpaq biti

Bitki bitlərindən olan yarpaq biti də digər bitlər kimi çox sürətli çoxalaraq yerləşdiyi hissəni tamamilə bürüyə bilər. Koloniya şəklində olan bu həşəratlar olduqca narahatlıq verirlər. Olan mühitə yayılaraq masa və ya mebel üstlərinə dağılırlar. Paltarlara və ya yataqlara düşərək allergiya yaradaraq qaşıntı və ya qızartı əmələ gələ bilər. Astma və ya bronxiti olanlar üçün tənəffüs çətinliyi yaradır. Nəfəs alıb vermə ilə ağciyərlərə keçərək orada tənəffüsdə infeksiya əmələ gətirir. Bitki bitləri hər şəraitdə yaşadığı üçün soyuq isti demədən bitkilərin lazımi qayğı aparılmalı və dərmanlanmalıdır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673