Yasəmən çiçəyi mürəbbəsi

Yanından keçdiyiniz anda qoxusu sizi bihuş edir. Buna görə də yasəmən çiçəyi çox sevilən və seçilən ətrin sahibidir. Bu cazibədar ətirdən əlavə, yasəmən çiçəyi saflığı, aydınlığı və günahsızlığı simvollaşdırır. Gözəlliyini müqayisə etsək yasəmən 10 ən gözəl çiçəkdən biridir. Ətrinə görə həm aşiqlərin, həm də dostların seçimi ola bilən çiçəklərdən biridir.

Əsasən yay aylarında açan yasəmənin bir neçə növü vardır. Ağrıkəsici xüsusiyyətə malik olan bu çiçək parfüm, tonik və kremlərdə istifadə olunur.

mürəbbə gül agroexpert.az

Bitki çayları arasında istifadə olunan yasəmən çayı çox sakitləşdirici xüsusiyyətə malikdir.

Yasəmən çiçəyi gözəl ətirli və zərif görünüşlüdür. Parfümlərdə tez-tez rastlaşdığınız yasəmən çiçəyinin mürəbbəsini heç yedinizmi?

Lazım olan məhsullar
  • 1 fincan yasəmən çiçəyi (tər və yeni toplanmış olmalıdır)
  • 2,5 stəkan şəkər tozu
  • 1,5 stəkan su

Yarım limonun suyu

yasəmən agroexpert.az
Hazırlanma qaydası

Yasəmənin çiçək hissələrini qoparın. Bunu edərkən yalnız çiçək götürdüyünüzdən əmin olun. Sonra yaxşıca təmizləyin və üstündə toz olmadığına əmin olana qədər bol suda (çiçəklərə zərər vermədən) yuyun. Qurudulmuş çiçəkləri bir qaba qoyun və üstünə yarım stəkan şəkər tozu tökün.

Qalan 2 stəkan şəkər və suyu mürəbbə hazırlayacağınız qazana tökün və şərbət hazırlamağa başlayın. Şərbət bir tutarlılığa girib qaynamağa başlayanda çiçəklərinizi qaba əlavə edin.

Az istilikdə qaynayan mürəbbənin çiçəkləri dibə çökməyə başladıqdan sonra limon suyu əlavə edin və əlavə olaraq 5 dəqiqə qaynadın, sonra bankaya yığın. Bankanın qapağını bərk bağlayın və gül mürəbbəsində olduğu kimi tərs çevirin.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669