Sağlam qidalanma Tərəvəzçilik

Yaşıl lobyanın faydaları

Güclü antioksidan tərkibli lobya qan azlığının dərmanıdır.

A, B K kimi bir çox vitaminlərlə zəngin olan yaşıl lobya immuniteti gücləndirərək xərçəng, infarkt,  şəkərqan azlığı kimi xəstəliklərə qarşı qoruyucu təsir göstərir.

lobya haqqında - lobyanın faydalari

Lobyanın tərkibində həzm edilməyən nişasta var ki, bağırsaqları təmizləyir. Eyni zamanda tərkibində olan liflərin sayəsində uzun müddət toxluq hissinin qorunmasına yardım edir. Lobyanın tərkibində testosterunun ifrazına səbəb olan sink və B qrup vitaminləri var.

Mütəxəssislər yaşıl lobyanın:

dəmir, kalsium, fosfor, sink, vitamin A, B, K, potasium, xərçəng əngəlləyici niasin, zəngin protein və lif tərkibli olub çox dəyərli qida olduğunu bildirir.

Tərkibindəki B vitamini ilə bədənin inkişaf etməsinə kömək edir.

Lobya böyümə dövründə olan uşaqlar və hamilələr üçün xüsusilə lazımlıdır.

Potasium əzələlərin güclənməsinə kömək edir. Tərkibindəki liflər, qanda istənməyən xolesterolu azaldaraq, infarkt riskini aşağı salır. Mədədə uzun müddət qalan və tez həll olunmayan lifləri ilə qan şəkərini tənzimlədiyi üçün şəkər xəstəliyinin qarşısını alır və bağırsaqları işlədir.

Araşdırmalar lobyanın tərkibində tapılan “coumestrol” adlanan polifenolun mədə xərçəngi riskini də azaltdığını müəyyən edib.

  • Tərkibindəki sink birləşmələri ilə sinir sistemi pozulmalarını müalicə edir.
  • Yağ nisbəti və kalorisi çox olduğundan xolesterolunun olmadığı qeyd olunur.
  • Lobya sinir sisteminə faydalı təsir göstərir. Alimlər təsdiqləyir ki, müntəzəm olaraq lobyalı yeməklər yeyən insanlar həmişə sakit və mülayim xasiyyətli olur.

Qeyd: Tək yeyildikdə mədədə çətin mənimsənilir və bağırsaqda köp əmələ gətirir. Bunun qarşısını almaq üçün bişirərkən ona göyərti və ədviyyat əlavə edin.

Qırmızı lobya…

 

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: