Yaşıl mərciməyin faydaları və ondan hazırlanan pəhriz suyu

Tərkibizülal və liflə zəngin olduğundan pəhriz saxlayanlar üçün ideal qidadır. Tərkibindəki amin turşular əzələ inkişafı, tox qalmaq, liflər həzm sisteminin normal işləməsi, karbohidratlar isə sizi lazımlı enerji ilə təmin edəcək.

Yaşıl mərciməyin faydalarını daha ətraflı şəkildə qeyd etsək:
  1. Tərkibizülal və liflə zəngin olduğundan pəhriz saxlayanlar üçün ideal qidadır. Tərkibindəki amin turşular əzələ inkişafı, tox qalmaq, liflər həzm sisteminin normal işləməsi, karbohidratlar isə sizi lazımlı enerji ilə təmin edəcək.
  2. Sinir sisteminə yaxşı təsir göstərir: Beyinin düzgün işləməsi üçün vitaminlər və minerallar kimi əsas qidalar olduqca lazımlıdır. Yaşıl mərci isə beynin yaxşı işləməsi üçün lazım olan əsas vitamin və mineralları beyini təmin edir. Bu isə, sağlam sinir sistemi üçün şərait yaradır.
  3. Ürək sağlamlığını dəstəkləyir: Müxtəlif araşdırmalar mərci kimi yüksək lifli qidaları yeməyin ürək xəstəliyi riskini azaltdığını göstərmişdir. Mərci eyni zamanda ürək sağlamlığı üçün böyük əhəmiyyəti olan folat və maqnezium baxımından da yaxşı bir mənbədir.
  4. Xərçənglə mübarizə aparır: Yaşıl mərci istehlakı bəzi xərçəng növləri ilə mübarizə etmək üçün yardımçı olur. Mərci, xərçənglə mübarizə aparan lektin birləşmələri baxımından zəngindir. Lektinlər, tipik olaraq mərci, buğda, yaşıl noxud və soya bitkisində olurlar. Lektinlər, bədəndəki xərçəng hüceyrələrinin böyüməsini əngəlləyirlər.
  5. Xolesterinin səviyyəsini salır: Yaşıl mərci, yüksək səviyyədə deqradasiya lifi ehtiva etməsi səbəbilə qandakı pis xolesterini azaltmağa köməkçi olur. Xolesterini səviyyələrinin sağlam ölçülərdə azaldılması sayəsində arteriyaları təmiz tutaraq ürək xəstəliyi və iflic riskini də azaldır.
100 qr bişmiş mərci 112 kaloridir.Bu pəhriz supunu hazırlamaq üçün sizə lazım olacaq: 
  • –  1 stəkan (saya və zövqə görə artıra bilərsiniz) yaşıl mərci, 
  • – 1 ədəd qırmızı soğan (qırmızı soğan yeməyi çox dadlı etdiyi üçün istifadə edirəm) 
  • – 2-3 stəkan su (qatılığının necə olmasını istəməyinizdən asılı olaraq artıra və ya azalda bilərsiniz) 
  • – 1 ədəd yerkökü, 
  • – 1  ədəd pomidor, 
  • – sarıkök, bir neçə diş sarımsaq,
  • – 1 ədəd yaşıl bibər, 
  • qara toz bibər, duz,
  • zeytun yağı,
  • keşniş, şüyüd, reyhan, cəfəri. 

Hazırlama qaydası:

Gecəni suda saxladığınız yaşıl mərcini  su (qatlığından asılı olaraq) və iki yerə bölünmüş soğan əlavə edib bişirin. Tavada 1 çay qaşığı zeytun yağında doğranmış bibər, yerkökü, sarımsaq, pomidor, sarıköklə təxminən 10 dəqiqə bişirin, çalışın çox az qızarsın. Daha sonra bu kütləni bişmiş mərcinin üzərinə əlavə edib daha 10 dəqiqə bişirin. Sonda göyərti və qara bibəri əlavə edin.Daha çox faydalı reseptlərlə bloqumun “Sağlam mətbəx” bölməsindən tanış ola bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!