Yaşıl qəhvənin faydaları nələrdir?

Mütəxəssislər  yaşıl qəhvənin sağlam həyat üçün əhəmiyyətli olduğunu söyləyirlər. Bu qəhvə qara qəhvə kimi dəmlənib içilir.

Yaşıl qəhvə nədir?

Yaşıl qəhvə hər kəsin istifadə etdiyi adi qəhvənin hələ qovrulmamış, təbii çiy halıdır. Yaşıl qəhvənin hazırlanması  və istifadəsi qara qəhvədən bir qədər fərqlidir. Əvvəllər bu qəhvə növünü tapmaq çətin idisə, indi hər kəs onu rahatlıqla tapıb ala bilər.

Bu qəhvə ilə arıqlamaq normal qəhvəylə arıqlamaqdan iki qat daha təsirli olur. Ancaq yalnız yaşıl qəhvə içməklə arıqlamaq olmur. Bununla yanaşı, mütləq idman hərəkətləri etmək lazımdır. 

Yaşıl qəhvənin xüsusiyyətləri:

agroexpert.az yaşıl qəhvə jpg

Tərkibində antioksidantlar var. Şəkər xəstəliyindən əziyyət çəkənlər onu rahatlıqla içə bilərlər. Çünki qan şəkərinə mənfi təsir etmir. Yaşıl qəhvəni yorğunluq, halsızlıq zamanı içəndə insana güc verir. İmmunitet sistemini gücləndirməyə kömək edir. İnsanın özünü gümrah hiss etməsinə səbəb olar.

Arıqlamaq məqsədilə bazarda təklif olunan yaşıl qəhvənin təsir mexanizmini tərkibindəki xlorogen turşusu yaradır. Yaşıl qəhvə ilə bağlı aparılan araşdırmalar göstərir ki, xlorogen turşusunun arıqladıcı təsiri var. Amma insanların yetərli səviyyədə xlorogen turşusu qəbul etmələri üçün gündə ən az 6-7 ədəd böyük fincanda yaşıl qəhvə içməsi lazımdır. Bu halda da başqa problemlər ortaya çıxa bilər. Belə ki, yaşıl qəhvənin içərisində kofein miqdarı yüksək təzyiq, yorğunluq, əsəbilik, titrəmə, ishal, qusma, ürək bulanması, ürək döyüntüsü, su itkisi, böyrək çatışmazlığı, ağrılar, sümük əriməsi, anemiya (qan azlığında) və ürək çatışmazlığı kimi ciddi sağlamlıq problemlərinə yol aça bilər.

Digər tərəfdən arıqlamaq üçün tövsiyə edilən xlorogen turşusu sadəcə, arıqlamağa kömək etmir,  eyni zamanda, diabet, ürək-damar xəstəlikləri və xərçəng başda olmaqla bir çox xəstəliyə, Alzheimer və Parkinson kimi mühüm nevroloji xəstəliklərə qarşı da müdafiə edir.

Yuxarıda qeyd etdiyimiz kimi, yaşıl qəhvənin arıqladıcı təsirini hiss etmək üçün gündə ən az 7 stəkan qəhvə istehlak etmək lazımdır. Bu səbəbdən yaşıl qəhvə içilən dövrlərdə gündə ən az 2.5 litr su içmək çox lazımdır. Lakin 4 stəkandan daha çox yaşıl qəhvənin tərkibindəki yüklü kofein miqdarı yüksək təzyiq, yorğunluq, ürək çatışmazlığı, o cümlədən ciddi sağlamlıq problemlərinə yol açır. Bu da kofein zəhərlənməsi deməkdir.

Qara qəhvə ay ərzində artıq çəkinin 14%-dən xilas edə bilirsə, tərkibində xlorogen turşusu olan bu qəhvə yağların işlədilməsini 47% gücləndirə bilir.

Həmçinin, tərkibində olan maddələr, insanın beyin aktivliyi və ümumi tonusunu  artırır. Məlumatınız olsun ki, qovrulmamış qəhvənin  tərkibində kofeinin miqdarı qovurulmuş qəhvədən  daha azdır.
 

agroexpert.az yaşıl qəhvə jpg
  • Çox yüksək antioksidant təsiri vardır, sərbəst radikalların zərərli təsirlərini mane olar.
  •  İnsana enerji verir, yorğunluğu və halsızlığı aradan qaldırır.
  •  Şəkər xəstəliyi riskini azaldıcı təsiri araşdırmalarda göstərilmişdir.
  •  Yüksək təzyiq üzərində yaxşılaşdırıcı təsiri olur.

Yaşıl qəhvə necə hazırlanır?

Bu qəhvənin evdə hazırlanması olduqca asandır. Təxminən 1 yemək qaşığı qəhvə dəmə qoyulur. Bundan sonra 180 ml. ​​isti su üzərinə əlavə olunur və 4 dəqiqə qədər dəmə qoyulur.
 

Yaşıl qəhvəni gündə neçə dəfə içmək olar?

Yaşıl qəhvə səhər və axşam olaraq gündə 2 dəfə istifadə edilə bilər. Çoxları belə düşünür ki, yaşıl qəhvəni istədikləri qədər qəbu edə bilərlər.  Bu tip fikirlərə əsla aldanmayın. Çünki heç bir yemək və ya içki evdə rahatlıqla oturub qəbul etməklə sizi arıqlatmaz. Arıqlamaq istəyən hər şeydən əvvəl fəal həyat tərzi sürməlidir. Yeməkləri az, amma tez-tez yeyin. Yaşıl qəhvə için və idman edin. Yalnız bu zaman istəyinizə nail olduğunuzu görəcəksiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!