Yaxın gələcəkdə “ Uçan traktorlar ”dan istifadə ediləcək

Uçan traktorlar . Necə səslənir? Nə təsəvvür etdiniz? Bir az səbrli olun. Gəlin ilk olaraq mövzuya əhatəli yanaşaq. Yalnız bir neçə ildə kənd təsərrüfatında dronların istifadəsi əhəmiyyətli dərəcədə artdı. Bu çox güman ki, uzunmüddətli bir tendensiyadır. Çünki ölkələr İHA operatorlarına bitki mühafizə məhsulları ilə işləmək üçün icazə verirlər.

Müstəqil jurnalist Mick Roberts öz saytındakı məqaləsində yazır ki, dronların istifadəsinə imkan verən yeni qaydalar sayəsində ABŞ-da pilotsuz təyyarələrin satışı hər il üçdə bir dəfə artacaq.

agroexpert.az- uçan traktorlar

Həqiqətən, püskürtmə üçün dronlardan istifadə etmək daha məntiqlidir. Çünki onlar nəm tarlalarda və hündür bitkilərdə, heç bir quru nəqliyyat vasitəsinin normal hərəkət edə bilmədiyi ərazilərdə tapşırıqları çox dəqiq yerinə yetirə bilərlər. Hədəflərin avtonom icrası üçün əvvəlcədən proqramlaşdırmaq mümkündür.

İnkişaf etmiş kənd təsərrüfatına sahib olan ölkələrdə vəziyyət qənaətbəxşdir. Pestisidlərin pilotsuz təyyarə ilə püskürtülməsi, əkin mövsümünün əvvəlindən sonuna qədər məhsulun vəziyyətinin uzaqdan araşdırılması dəqiq əkinçilik dairəsini tamamlanmasına kömək edir. İnkişaf etməkdə olan ölkələrdə isə dronlar, formulaların tətbiqi vaxtını və dəqiqliyini artırır. İxtisaslı işçi tələbatını və pestisidlərin işçilərə təsirini azaldır.

Məsələn, Çində aqrodronlar
  • Çin hökumətinin kənd təsərrüfatı istehsalını modernləşdirmək
  • kimyəvi maddələrin həddindən artıq istifadəsinə qarşı mübarizə
  • qabaqcıl texnologiyalar tətbiq etmək məqsədi  və s.
Aqrodron qaydaları

Dünyanın bəzi ölkələrində qaydaların olmaması aqrodron texnologiyasının daha geniş yayılmasını ləngidir.Bu qaydaların texnologiyaya uyğun olmaması, ya da Avropa Birliyi ölkələrində havada bütün növ pestisidlərin istifadəsinə qadağanın olması ilə əlaqədardır.

Bir çox ölkələrin mülki aviasiya qanununda dronların istifadəsini icazə verilsə də, çətinlik püskürtmə qaydalarına riayət etməkdədir. Bir çox yerdə kimyəvi maddələrin istifadəsinə ciddi nəzarət edilir. Əksər hallarda bu məhsulların qeydiyyata alınmış istifadəsində dəyişiklik tələb olunur.

Beləliklə, dronlarla püskürtmə qaydaları bütün dünyada kənd təsərrüfatının növündən və hökumətlərin bu yeniliyi tətbiq etməkdə nə qədər maraqlı olmasına görə dəyişir.

Bu, dünyanın üç böyük iqtisadiyyatının timsalında aydın görünür: ABŞ, Avropa Birliyi və Çin.

AB-nə bütün üzv ölkələrdə aerozol spreylərinin, o cümlədən dronların istifadəsi tamamilə qadağandır. Hazırda fermer və sənaye birlikləri və hökumətlər arasında müzakirələr davam etsə də, əksər ekspertlər qadağanın yaxın gələcəkdə ləğv olunacağını gözləmirlər.

ABŞ-da dronlarla püskürtməyə hazırda bir çox ştatda icazə verilir. Bu şərtlə ki, dronlar Federal Aviasiya Administrasiyasının sərt istismar qaydalarına, habelə pestisidlərin aviasiya tətbiqlərinə dair xüsusi tələblərə əməl etsinlər.

2018-ci ildə Çin, ağırlığı 25 kq-dan çox olan dronlarla bağlı kommersiya əməliyyatları üçün yeni qaydalar tətbiq etdi. Qaydalara görə, kənd təsərrüfatı çiləyiciləri üçün pilotlar bitki mühafizəsi təlimindən keçməlidirlər.

2016-cı ildə Afrika boyu bir araşdırma göstərdi ki, 79 ölkənin əksəriyyətinin dronlarla  hava püskürtülməsinə dair hər hansı bir qayda-qanunu yoxdur, baxmayaraq ki, bəziləri bu qanun layihələri üzərində işləyir.

agroexpert.az uçan traktorlar- dronlar

Məşhur kənd təsərrüfatı dronlarının həcmi və daşıma qabiliyyəti də tez-tez yerli qaydalarla müəyyən edilir və bir çox ölkələr İHA-nın ağırlığından asılı olaraq müxtəlif dərəcələrdə, əksər hallarda 25 kq-a qədər “işləmə icazəsi” verirlər.

Ancaq ağır çəkili dronların seçimi genişlənir. Uçan traktorlar ?

Son nümunələrdən biri də İsrail aerokosmik şirkətinin “Tactical Robotics”in yaratdığı “Cormorant” adlı aqrodronudur. Bu pilotsuz təyyarə şaquli uçuş və eniş təmin edən iki daxili rotor və 977 at gücünə malik mühərriklə təchiz edilmişdir. 500 kq ( yanacaq da daxil olmaqla764 kq) yük tutumuna malikdir və 300 kq yüklə 2,6 saat uça bilər.

Drones4Agro şirkəti tam sertifikatlaşdırılmış, 150 kq çəkisi olan dron – “uçan traktorlar” istehsal etməyə çalışır. Xüsusi dizayna sahib olan bu “uçan traktor”un eni 3 ilə 9 m arasında, 8-24 rotor ilə təchiz olunmuşdur. Bu da 15 kq-dan 80 kq-a qədər faydalı yük saxlamağa imkan verir. Bu, istifadəçilərin pilotsuz təyyarəni işlərinə uyğunlaşdıra biləcəyini göstərir – üzüm bağlarının işlənməsindən tarla məhsullarına qədər. Eyni zamanda, bu aparat müxtəlif növ püskürtmə metodları üçün də yararlı olacaq.

Keçən payızda Hannoverdə keçirilən “Agritechnica” sərgisində John Deere nəhəng VoloDrone adlı dronu nümayiş etdirdi.

Volocopter ilə əməkdaşlıqla yaradılan bu dron: 9,2 m enində, 18 rotor, tam elektrik sürücüsü və litium-ion batareyaları ilə təchiz edilmiş, təxminən 30 dəqiqə fasiləsiz uçuş müddətini təmin edə bilir. Kiçik dronlarda olduğu kimi, uzaqdan və ya avtomatik idarə oluna bilər və əvvəlcədən proqramlaşdırılmış bir yolu izləmək iqtidarındadır. İki çən, bir nasos və saatda 6 ha ərazini təmin edən bir sprey bumu aparmağa imkan verən 200 kq yükləmə qabiliyyəti ilə fərqlənir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!