yay otlaqları - yay otlaqları yayaılan ərazilər
Əkinçilik Heyvanlar ümumi

Yay otlaqlarına qulluq qaydaları

agroexpert_otlaqYay otlaqlarının bitki örtüyü
  • taxıl otları,
  • paxlalı bitki növləri, bənövşəyi arpa,
  • çəmən topalı,
  • qırmızı üçyarpaq yonca,
  • ağ üçyarpaq yonca,
  • andız, ətirşah,
  • qantəpər, yemlik,
  • bağayarpağı
və s. ibarətdir.
Yay otlaqlarında mal-qara sistemsiz otarıldığından burada aqrotexniki və fitomeliorativ işlər aparılmadığından, mal-qaranın dırnağı yamaclarda çim və torpaq qatını pozduğundan otlaq su, külək eroziyasına məruz qalır. Ən çox eroziyaya məruz qalmış torpaqlar yay otlaqlarıdır. Yay otlaqlarının 75%-i meyilliyi 35-40 dərəcə və daha çox olan yamaclarda yerləşmişdir. Belə bir meyilli sahələrdə otarılan mal-qara Şəki-Zaqatala təbii-iqtisadi zonasında 3-4, Şirvan zonasında isə 2-3 dəfə normadan artıqdır ki, bu da otlaqlarda təbii ot örtüyünün məhvinə, su və külək eroziyasının genişlənməsinə səbəb olmuşdur.
Qış otlaqlarından fərqli olaraq yay otlaqlarında əsasən səthi yaxşılaşdırma tədbirləri həyata keçirilir.
Yay otlaqlarının səthi yaxşılaşdırılması. 
Səthi yaxşılaşdırma dedikdə, təbii çimi pozmadan, dağıtmadan örüş və biçənəklərdə məhsuldarlığı yüksəldən, onları mədəni vəziyyətdə saxlayan tədbirlərin həyata keçirilməsidir. Bu tədbir yay otlaqlarında həyata keçirilir.
Səthi yaxşılaşdırmaya – su, hava, qida rejimlərinin yaxşılaşdırılması, çimə və ot örtüyünə düzgün mədəni qulluq işlərinin həyata keçirilməsi aiddir. Səthi yaxşılaşdırma tədbirləri sisteminə gübrələmə, hava-su rejiminin nizamlanması, qaysağın dağıdılması, torpaq səthinin malalanması, alaqlara qarşı mübarizə, otlağın daşlardan təmizlənməsi, sahənin hamarlanması və ot örtüyü səthinə qiymətli ot toxumları səpilməsi kimi tədbirlər aiddir.
Otlaq və biçənəklərin gübrələnməsi.
Digər kənd təsərrüfatı bitkiləri kimi otlaq və çəmənliklərdə bitən bitkilərdə gübrələməyə qarşı reaksiya göstərirlər. Buna görə də otlaqlarda mövcud bitki örtüyünü gücləndirmək və ya yem istehsalını artırmaq məqsədilə gübrələmə aparılır. Bitki örtüyünün arzu olunan istiqamətdə dəyişib sıxlaşması torpağın eroziya proseslərinə qarşı müqavimətini artırır və torpaq xarici təsirlərdən daha yaxşı qorunar. Gübrə tətbiqi otlağın səmərəliyini və heyvandarlıq məhsullarını artırmaqla yanaşı, həm də bitki örtüyündə arzu olunan istiqamətdə dəyişikliyə səbəb olur. Gübrələrin otlaq və çəmənliklərdə ot istehsalını və yemin qidalılıq xüsusiyyətini yüksəltmək, məhsulun otarma mövsümü ərzində nizamlı yayılmasını təmin etmək, toxumdan əmələ gələn bitkilərin inkişafını yaxşılaşdırmaq kimi bir çox müsbət təsirləri vardır.
Otlaqlara tam tərkibli gübrələrin (NPK) tətbiqi zamanı ərazinin iqlim şəraiti, torpağın qida maddələri ilə təmin olunma dərəcəsi nəzərə alınmalıdır. Aparılmış çox saylı elmi araşdırmalar vəv tədqiqatlar nəticəsində sübut edilmişdir ki, otlaq və biçənəklərin əsaslı yaxşılaşdırılmasında geniş tətbiq olunan gübrələmə təbii yem mənbələrinin məhsuldarlığını əsaslı surətdə artırmaqla yanaşı, ot durumunu nizamlayır və yemin keyfiyyətini xeyli yüksəldir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

Əvvəlki həyatımda developer idim. :)
error: Content is protected !!