Yaz allergiyasının səbəbləri və mübarizə yolları

Planetimizin hər yeddi adamından biri allergiyaya düçardır. Allergenlərin orqanizmə daxil olma yolları müxtəlifdir. Məsələn, onlar orqanizmə dəridən, tənəffüs və qida yolları vasitəsilə keçirlər. Yazın gəlişi ilə isə bir çox mövsümi xəstəliklər – burun axması, qaşınma, göz yaşarması və dəri qıcıqlanmaları baş qaldırır.

Bəs allergiya nədir?

Allergiya – əlverişsiz qıcıqlandırıcıya qarşı orqanizmin immun sisteminin reaksiyasıdır, hansı ki, bu orqanizmə kənardan düşə bilər və yaxud da orqanizmin özündə inkişaf edə bilər. Allergik reaksiyalara meyl irsidir. “Allergiyanın qurbanları” riski qrupuna hər kəs düşə bilər. Bu səbəbdən xəstəlik istənilən yaş qrupunda görünə bilər.

Yaz allergiyası pollinoz adlandırılır – “polli” latın dilində tərcümədə tozcuq mənasını verir.
allergiya haqqında. allergiyanın yaranma səsbəbləri

Pollinoz dediyimiz xəstəlik əsasən, yaz aylarında ağacların tozlanılması vaxtı başlayır və tozlanma dövrü bitənədək davam edir. Dəqiq desək martdan iyun ayına qədər çəkir.  Lakin nəzərə alsaq ki, çiçəkləmə bir qayda olaraq apreldə başlanır, ona görə də yaz allergiyasının əsas piki də bu aya düşür.

Allergiya yaradan yüzlərlə bitki var. Onlardan Tozağacının tozcuğu, qızılağaclar, ağcaqayın, fındıq ağacı, göyrüş, qarağac, akasiyaların çiçəkləri daha xırdadır və bir o qədər də təhlükəlidir. Bu ağaclarının tozcuqları havaya daxil olaraq həssas insanlarda allergiya əlamətlərinin baş qaldırmasına səbəb olur.

Allergiya əsasən
  • selikli qişaların güclü qaşınması;
  • dəri səpgiləri,
  • ümumi zəifliklə özünü büruzə verir.

Xəstəliyin əsas əlamətləri

  • burun tutulması;
  • nəfəsalmanın çətinləşməsi;
  • selikli qişanın ödemləşməsi;
  • burunda və gözdə qaşınma;
  • asqırmaların artmasıdır.

Bəzən pollinozlu xəstə 30-40 dəfə asqırmaq məcburiyyətində qalır.

Yaz allergiyasına qarşı istifadə ediləcək qidalara aiddir:

Ən yararlı qidalardan biri baldır. Bundan başqa bibər, xardal, təzə sarımsaq kimi ədviyyatlı qidalar burun yollarını açması səbəbi ilə, daimi olmasa da, bir müddət rahatladıcı təsirə malikdir. E vitamini yüksək qidalar, yumurta sarısı antiallergik olan qidalar sırasına daxildir.

Allergiyaya qarşı resept

Aşağıdakı reseptdən həm yaz allergiyası, həm də uzun müddət xroniki allergiya xəstəliyindən əziyyət çəkənlər insanlar qəbul edə bilərlər.

Gündə 3 dəfə, yeməkdən 2 saat sonra qəbul edin:

1 stəkan otaq temperaturunda olan çiy suya 1 orta xörək qaşığı alma sirkəsi və 1 çay qaşığı bal qarışdırıb için.

Əgər bala qarşı allergiya varsa bu resepti balsız istifadə edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!