Yaz aylarında toyuqçuluqda nələr edilməlidir
Bahar ilin ən gözəl mövsümüdür. Bu gözəlliyə səbəb isə təbiətin oyanması, həyatın canlanmasıdır. Məhz bu mövsümdə toyuqların yumurta məhsuldarlığı da artır.

Lakin toyuqların məhsuldarlığının artması üçün onlara əlverişli şərait yaratmaq lazımdır. Baharda toyuqlarınızın qayğısına qalmaq üçün bəzi tövsiyələr.
Baharla gəlişiylə həm bağda, həm də toyuq tövləsində görüləcək işlərin sayı artır. Qayğıkeş sahibin toyuqları üçün etməli olduğu çox iş var. Bu məqalədə sizə bu işlərdən danışacağıq.
Toyuq hinində bahar təmizliyi
Yaz əsaslı təmizlik üçün ən uyğun zamandır, çünk hələ sizi narahat edəcək milçəklər və digər həşəratlar aktivləşməyib. Toyuqları hindən çıxarıb içərini yaxşıca təmizləyin və səliqəyə salın.
Dezinfeksiya üçün məhlul hazırlayın. Sirkə ilə suyu qarışdırın, əl fırçası və ya qalın süpürgə köməyi ilə qalıqları, ləkələri, kirləri və zibilləri çıxarmaq üçün döşəmələri və divarları təmizləyin. Yuva qutularını təmizləyin.
Unutmayın ki, təmizlik sağlamlığın açarıdır
Təmizliyi qorumaq təkcə toyuq yuvasında deyil, həm də onlar üçün nəzərdə tutulmuş gəzinti yerlərinə də aiddir. Cücələrin yaş torpaqda palçığa batıb çirkli görünməsini yəqin ki, istəmirsiniz.
Toyuqları yırtıcılardan qoruyun
Yazda siçovullardan tutmuş, yırtıcı quşlara kimi bütün yırtıcı heyvanlar aktivləşir .
Quşların tamamilə təhlükəsizlikdə olduğundan əmin olun. Toyuq qəfəsində siçovullar və ya digər yırtıcıların keçə biləcəyi deşiklər olmasın.
Toyuq hinini gecə kilidləmədən əvvəl, çöldə qalmış toyuğun olub olmadığını bilmək üçün onları sayın. Bir çox yırtıcıların gecə aktivləşdiyini unutmayın.
Sağlamlıq müayinəsi
Uzun qış aylarında quşlar hava səbəbiylə hərəkətsiz həyat tərzi keçirir, buna görə də yazda ev heyvanlarınızın sağlamlığını qiymətləndirmək vacibdir. Toyuqlarınızın davranışlarını müşahidə edin. Həmçinin lələklərinin altında gənələrin olub olmamasını yoxlayın. Pəncələri yoxlayın, çünki pəncələrində də parazitar gənələr ola bilər.
Toyuqlar yazda necə yemlənməlidir?
Yazda toyuqlar daha çox yumurta qoymağa başlayır. Sizin vəzifəniz yarana biləcək hər hansı bir yumurta anormallığını müşahidə etməkdir. Deformasiya olunmuş yumurtalar toyuqun sağlamlıq problemi və ya pəhrizin düzgün tarazlaşdırılmadığına bir işarədir. Bunun fərqli səbəbləri ola bilər: vitamin və ya mineral çatışmazlığı, yetərincə suyun içilməməsi v.s. Quşların lazımi qidalarla balanslaşdırılmış yem, taxıl və işməli su ilə təmin edilməsi yumurta istehsalını optimallaşdırır.
Toyuqlarınız üçün yaxşı yem seçin. Zülal və kalsium əsas maddələr olsa da, bəzi yemlərin tərkibində digər vitamin və minerallar da olur.
Toyuqlar üçün otlaq gəzintisinin olması baharda böyük bir üstünlükdür. Belə ki, bu yolla quşlar qurdlara və böcəklərə, təzə yaşıllıqlara qovuşurlar və bunlar da onlar üçün ən ideal qidalardı.
Əgər toyuqları çəmənliklərə sərbəst buraxa bilmirsinizsə, taxılın bir hissəsini toyuqlarınıza cücərtib verə bilərsiniz. Həmçinin təzə balqabaq da onlara əsl hədiyyə olacaq. Qida rasionuna mətbəxinizin tərəvəz və meyvə tullantılarını da əlavə edə bilərsiniz. Bunun heç bir ziyanı yoxdur. Bonus olaraq, toyuqları bananla yemləyə bilərsiniz. Toyuqlar bananı çox sevirlər.
Bunlar yaz aylarında toyuq təsərrüfatı üçün yararlı ola biləcək tövsiyyələr idi.