İribuynuzlu heyvanlar Tövsiyyələr

Yem rasionu necə olmalıdır?

Keçən dəfəki yem təsnifatı barədə məqaləmizdə də qeyd etdiyimiz kimi, cins heyvan sayının artması, örüş yerlərinin azalması yemin bahalaşmasına səbəb olur. Nəticədə bordağ biznesi (ümumiyyətlə fermerlik) sərfəli iş olmur, insanlar bu biznesi tərk edir. Ya da fermer daha innovativ yem rasionu texnologiyaları öyrənməli və tətbiq etməlidir. Yoxsa bu gedişlə idxaldan asılı vəziyyətə düşmək qaçınılmazdır. Xaricdən gətirilən ətlərin dadı və sağlamlığı şübhəlidir, sonda ət qiymətlərinin bahalaşmasına səbəb olacaq.

yem rasionu

Yem rasionu və onun tutulma məqsədi

Yem rasionu  heyvanların gündəlik zəruri qida maddələrinə və enerjiyə olan fizioloji ehtiyyacını (fizioloji sağlamlığı və məhsuldarlığı nəzərə alınmaqla) ödəmək üçün  hesablanmış yemlərin məcmudur.

Rasionlar heyvanların cins-yaş qrupları, məhsuldarlığı, mövcud yem bazası nəzərə alınmaqla aylıq, mövsümi və illik hazırlanır.

Rasionun tutulma məqsədi mövcud kənd təsərrüfatı heyvanlarının cins- yaş qrupu, təsərrüfat istiqaməti, məhsuldarlığı, yem bazası nəzərə alınmaqla  davamlı olaraq keyfiyyətli  yemlənməsini təşkil etmək,  səmərəli  məhsul istehsalına nail olmaq, təsərrüfatın rentabelliliyini təmin etməkdir.

Yem rasionunun balanslaşma göstəriciləri

  • Quru maddə
  • Enerji tələbatı
  • Mənimsənilə bilən protein
  • RAB (rubesdə azot balansı)
  • Xam sellüloza
  • Mineral maddələr: Ca, P, Na

Zəruri ilkin məlumatlar

Yem rasionu tərtib etmək üçün aşağıdakı göstəricilər dəqiqləşdirilməlidir:

  • Heyvanın diri çəkisi
  • Laktasiya dövrü
  • Gündəlik süd sağımı, kq
  • Südün yağlılığı, %
  • Südün zülal tərkibi, %
  • Gün ərzində yeyilən yemlər, kq quru maddə
  • Yemlər
  • Yemlərin enerji qidalılığı

Heyvanın quru maddə (QM) ehtiyacı

Heyvanın cinsindən asılı olaraq gündəlik quru maddə ehtiyacı diri çəkisinin 3-3,5%-ni təşkil etməlidir.

Heyvan orqanizmi üçün saxlayıcı enerji (SE) ehtiyacı

Heyvan orqanizminin həyat təminatı enerjisi (SE) aşağıdakı formul vasitəsilə hesablanır:

SE (MJ) = (0,293 MJ x DÇ)¾

Məhsuldarlıq üçün təmiz məhsul enerjisi (TME) ehtiyacı

Təmiz məhsuldarlıq enerjisi ehtiyacı aşağıdakı qaydada hesablanır:

TME ( MJ/1 kq süd)= 1,05 + (0,38 x südün yağlılığ) + (0,21 x südün zülalı)

Gündəlik enerji ehtiyacı balansı (EEB)

Gündəlik enerji ehtiyacı aşağıdakı formada müəyyənləşdirilir:

GEE= SE + TME

Boğaz inəklərin üçün əlavə olaraq qurutma dövründə enerji tələbatı hesablanır:

  • boğazlığın son 6 həftəsindən 4 həftəsinədək gündəlik SE-nə 13 MJ əlavə etməli, 3-cü həftəsindən doğana qədər isə gündəlik SE-nə 18 MJ əlavə etməlidir.

Gündəlik zülal ehtiyacı balansı (ZEB)

Gündəlik zülal ehtiyacı aşağıdakı formada hesablanır:

  1. Həzməgedən protein (SE) qr/baş = (431 x 1,05)+(DÇ-650)/2,5
  2. Həzməgedən protein  (1 kq süd məhsulu üçün)= (81 x 1,05)+ (10 x zülal %  – 34) x 2,1

ZEB= (431 x 1,05)+(DÇ-650)/2,5 + (81 x 1,05)+ (10 x zülal %  – 34) x 2,1

İnəklərin qurutma dövründə isə əlavə protein tələbatı: boğazlığın son 6 həftəsindən 4 həftəsinədək gündəlik SE-nə (DÇ+680)/2,5+1135, 3-cü həftəsindən doğana qədər isə (DÇ +710) x 2,5+1230 formulları üzrə hesablanır.

Yem rasionlarının hesablanması

Yuxarıda qeyd olunanlardan əlavə olaraq RAB (rubesdə azot balansı) nəzərə alınır:

  • RAB neqativ olanda – rubesdə mikroorqanizmlərin ixtiyarında artıq enerji olur hansı ki, mikrob proteini sintez edə bilər, lakin azot çatışmazlığı buna imkan vermir;
  • RAB pozitiv olanda isə rasiona əlavə enerji lazımdır ki, mikroblar ammonyakdan protein istehsal etsin;
  • Rubesdə azot balansı  norma üzrə 1-50 arası olur.

1 Südlük maldarlıq üçün yem rasionun hazırlanması

Yem rasionlarını hazırlayarkən aşağıdakı məlumatlar diqqətə alınmalıdır:

Sutkalıq süd sağımı, kqMübadilə enerjisi, MJQuru ot,kqSenaj,kqSilos,kqKökyumruları, kqQüvvəli yem,kqNaCL,qr
12-15135-1604,5-4,96186-82,5-4,773-88
16-19161-19256109-174,8-5,589-104
2019346,510185,6105

Məhsuldarlıq səviyyəsinə uyğun rasionda aşağıdakı göstəricilər nəzərə alınmalıdır.

Məhsuldarlıq (kq süd)Ca, qramP, qramNa, qram
104,12,61,2
154,72,91,3
205,33,31,4
255,63,51,4
305,83,61,4
356,23,81,5
406,441,5

2 Kökəltmə maldarlıq üçün yem rasionun hesablanması

Kökəltmədə olan İBM-nın yem rasionu aşağıdakı göstəricilər əsasında hesablanır:

  • İBM-nın mübadilə enerjisi (ME)
  • xam protein
  • Ca, P, Na

Mənbə.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!