Yem sənayesində qarğıdalı üçün alternativ – ARAŞDIRMA

Texasda elm adamları suya qənaət edən yeni alternativ heyvandarlıq yemini sınaqdan keçirirlər.

Xüsusilə, tədqiqatçıları qarğıdalı bitkisini nə ilə əvəz edə biləcəkləri maraqlandırır.

Texasın yarı quraq düzənliklərində yem və silos kimi çox suvarılan qarğıdalıya ehtiyac duyan ətlik və südlük mal-qara istehsalçıları narahatdırlar. Əsas suvarma mənbəyi olan və dünyanın ən böyük su mənbələrindən biri olan Oqallala su anbarı sürətlə qurumaqdadır.

Qarğıdalı becərilməsi üçün nəm ehtiyatlarının azalması bölgədə davamlı mal əti və süd istehsalı üçün alternativ, suya qənaət edən yem bitkilərinin tapılmasının zəruriliyini göstərir.

“Crop Science”  (Bitki Elmi) dərgisində yayımlanan yeni bir araşdırmada Texas Texniki Universitetinin alimləri qarğıdalı alternativi olaraq yem sorqo və Afrika darısının potensialını sınadılar.

İki illik elmi işin gedişində, hər üç bitkinin bir neçə növünün fizioloji reaksiyaları müxtəlif suvarma rejimləri, o cümlədən quraq ərazilərdə becərilməsi qiymətləndirilmişdir.

qarğıdalı yığımı

Komanda bu bitkilərin yarpağının su potensialı, bitki biokütləsinin böyüməsi və qidalanma keyfiyyətləri baxımından digər parametrlər haqqında məlumatları toplayıb.

Nəticələr yem sorqosunun daha yaxşı fizioloji reaksiyalar göstərdiyini sübut etdi. Sorqo bitkisi Afrika darısı və qarğıdalı ilə müqayisədə su gərginliyi altında daha çox biokütlə istehsal edə bildi. Qidalanma dəyəri qarğıdalıdan az olmasına baxmayaraq, nəm çatışmazlığı şəraitində biokütləsini daha yaxşı artırdı.

Elm adamları yem sorqosunu yem əlavələri ilə qarışdıraraq yüksək keyfiyyətli yem əldə edə biləcəklərini vurğulayıblar.

Bu həmçinin fermerlərə heyvanlarını qidalandırmaq üçün xərclənən vəsaitə qənaət etməsinə də kömək olacaq.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669