Yeməmisən qaz ətini, bilmirsən ləzzətini

qaz əti haqqında. qaz ətindən yemək

Bir çox Asiya və Avropa ölkələrinin mətbəxində özünəməxsus yeri olan qaz ətini bir çoxlarımız sevirik. Amma ləzzəti ilə yanaşı tərkibindəki vitamin və minerallar sayəsində insan orqanizmi üçün çox faydalı bir qidadır. Ailem.az qaz ətinin faydalarını sadalayır.

Qaz əti adətən qışda yeyilir.

Tərkibində bol miqdarda vitamin və minerallar var. Çox duzlu və yağlı istifadə edilməsi məsləhət görülməyən qaz ətinin suyu da özü qədər ləzzətli və faydalıdır.

Bəzən şorbası bişirilən və bəzən də adi şəkildə içilən qaz ətinin suyu saçlara və dəriyə olduqca faydalıdır. Tərkibində gündəlik protein ehtiyacımızın yarısı olan qaz ətində A, B, E vitaminləri yüksək miqdarda var və B12 əskikliyinə çox faydalıdır.

Qaz ətində olan fosfor və kalsium diş ətlərinə və sümüklərə olduqca faydalıdır. Tərkibindəki B6 vitamini immunitet sistemini gücləndirərkən B5 vitamini də saçların təbii rəngini qorumağa yardımçı olur.

Qaz ətinin adətən buxarda bişirilməsi və bol tərəvəzlə servis edilməsi məsləhət görülür.

Qeyd edək ki, ağır və yağlı olduğu üçün ürək və damar problemləri ilə xolesterol narahatlıqları olanların çox yeməsi məsləhət görülmür.

Digər quşlar haqqında maraqlı məlumatlar üçün bu bölməyə baxa bilərsiniz…

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!