Yeni ildən sonra şam ağacları ilə nə etmək olar?
Yeni il üçün çoxları şam ağacı alır. Xüsusən MDB məkanında yaşayan insanlar. Bayram bitəndən sonra da zibilə atırlar. Həm ətraf mühiti qorumaq, həm pul qazanmaq üçün bu şam ağacları ilə bağlı bir-neçə ideya paylaşmaq istərdik.
-
Geridönüşüm (переработка).
Bəzi yerlərdə yerli icra orqanları şam ağaclarını təhvil alıb, xırdalayır və alınan materialı cavan ağacların dibinə səpirlər. (ağac köklərini soyuqdan qorumaq üçün)
-
Ətraf mühitə faydalı işlər görün.
Şam ağacları ekoloji bərpaya çox töhfə verə bilər. Məsələn, Amerikada şam ağaclarını kanalların kənarına düzürlər ki, kanaldakı balıqlar qidalansınlar. Yenə qum səhralarını bərpa eləmək üçün şam ağacları istifadə olunur. Şam ağaclarını yaxındakı göllərdə də batırmaq olar. Bu zaman balıqlar üçün əla mühit yaranır. Amma bu məsələlərdə mütləq yerli icra orqanları ilə məsləhətləşin.
-
Bacarıqlı əllər.
Şam ağaclarını fermada quşlar üçün əyləncə vasitəsi edə bilərsiniz və ya budaqlarını təmizləyib gövdəsindən bir şeylər düzəldə bilərsiniz.
-
Kosmetika istehsalı.
Şam ağacı sabun istehsalında istifadə olunurmuş. Biraz google axtarış etsəniz, şam ağacından istifadə edərək kosmetik vasitələr, xüsusən sabun istehsalı ilə bağlı reseptlər taparsınız.
-
Xarici “layfxaklar”.
Almaniyada şam ağaclarından yağ bıçağı düzəldib turistlərə baha qiymətə satırlar. Avstriyada “yolkaları” xırdalayıb yanacaq kipi düzəldirlər, Kanadada gübrəyə çevirirlər. Amerikada şam qırıntılarından evdə pişiklər üçün ayaqyolu düzəldirlər.
Şam ağacları ilə bağlı daha maraqlı ideyası olanlar məqaləyə şərh yaza bilərlər. Məqsədimiz ətraf mühit çikrlənməsinin qarşısını almaqdır.
Nəbadə, şam ağaclarını yandırasınız. Bu ağaclarda çox miqdarda kreozot olur ki, çox zərərlidir. Hisi isə tüstü borularına yapışıb qalır.
Neçə də maraqlıdır məqalə. Əladır ki. Çox sag olun məlumata görə.
bildim sizə maraqlı olacaq. Daha yaxşı işlər görürlər şam ağacl ilə. Məsələn yuyucu vasitə düzəldib polu silirlər par-par parıldayır
Vay nə gözəl. İnşallah bundan düzəldib istfadə edərəm. Çox sag olun.