Yeni ilə dadlı süfrə
Yeni ilə görə internetdə bir çox reseptlər var. Bəzi məhsulları mağazalarda tapmaqda çətinlik çəkirik. Biz isə sizinlə paylaşmaq istədiyimiz çox dadlı və asan resepti olan bir salat var.
Beləliklə, bu salatı hazırlamaq üçün bizim bu məhsullara ehtiyacımız olacaq:
10 ədəd yumurta, 100 q. qoz, mayonez, 5 ədəd orta ölçülü kartof və alma.
İlk olaraq yumurtaları və kartofu qoyun suda tam bişsinlər. Onlar hazırlanarkən alamaları yuyub qabığını və toxumlarını təmizləyin. Sürtgəncdən keçirərək bir qabda kənara qoyun. Sonra isə təmiz qozları əzin və onu da kənarda saxlayın. Yumurtalar və kartof hazır olandan sonra, soyudun və qabığından təmizləyin. Kubik formasında kəsərkən böyük dayaz qaba qoyun.
Qabın ortasına salatın fərqli görsənməsi üçün bir stəkan qoyun və məhsulları sıra ilə əlavə etməyə başlayın. Birinci kartof, ikinci yumurta, üçüncü alma, mayonez və üzərindən öz zövqünüzə görə duz səpin və qoz əlavə edin. Eyni prosesi onlar bitənə qədər təkrarlayaraq davam edin. Sonunda isə qozla salatın üzərini bəzəyin və 1 saat soydurucuda saxlayın.
Sizin zövgünüzə görə də cöy göyərtin ilə bəzəyə bilərsiniz. Süfrənin üzərinə qoymamışdan əvvəl stəkanı səliqəli çıxardın. Nuş olsun!