Yeni ilin dadlı fikirləri

Yeni ilə 31 gün qalıb. Bəzi insanlar bu bayrama əvvəlcədən hazırlaşırlar. Yəqin hər kəs düşünür ki, büdcəyə qənaət edərək qeyri-adi nə hazırlamaq olar. Bizi bir şey birləşdirir ki, hamımız yemək yeməyi, hədiyələr etməyi və almağı xoşlayırıq. Bu mövzuda bizi fərqləndirən fərqli dadlara üstünlük verməyimizdir. Bəzisi vegetarianlardır, başqaları ətyeyənlər, digərləri meyvə və şirniyyat yeyənlər. Bütün bunları nəzərə alaraq, bu mövzunu yeni il ərəfəsində “dadlı fikirlərə” həsr etmək qərarına gəldik.

Beləliklə, sizin diqqətinizə şam ağacı üçün sadə yeməli bəzəklərin fikirlərini təqdim edirik.

agroexpert_yeni-il-bezekleriTərəvəz və meyvələrdən: Burada portağal, mandarin, kivi, zeytun və digər alətlər lazım olacaq. Portağalın və mandarinin qabığını soyun. İstədiyiniz kimi onları bölün. Qonaq otağını bəzəmək üçün iplə bağlayın. Portağal və mandarin qabığından xüsusi forma ilə fərqli şekillər kəsmək olar. Sonra isə iplə bağlayın və şam ağacına asın. Əgər o ağacdan yoxdursa, büyük qonaq otağında yerləşdirin. Öz fantaziyalarınıza, xəyallarınıza güvənin.

agroexpert_baliq-terevezleAşbazlıq etmək istəyənlər üçün bayram süfrəsinə müxtəlif ədviyyatlarla sobada ətirli balıq bişirin. Stolun üzərinə qoyanda, tərəvəz ilə bəzəyin. Kolbasadan ulduz, qar yağışı kimi şəkilləri kəsmək olar.

 

agroexpert_yemekli-bezek-yeni-ileŞirniyyat yeyənlər öz sevimli konfetlərindən bəzəklər düzəldə bilər. Əgər hazırlamağı xoşlayırsınızsa, fiqurlu biskvit bişirə bilərsiniz. Şəkərli xamır hazırlanmasına vaxt itirməmək üçün hər hansı bir şirniyyat və ya çörək mağazasında ala bilərsiniz. Xəmirin 4-8 santimetr qalınlığını açın. Xüsusi forma ilə şəkillər kəsin. Bişirmə qabına şəkər tozu və ya bir az un səpin. Qızılı rəngdə olana kimi 15 dəqiqə 180°C-ə qədər qızdırılmış bir sobaya qoyun. Hazır olduqdan sonra, soyudun və iynəli iplə düzəldin.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!