Yeni kənd təsərrüfatı layihəsi daha bir bölgəni əhatə edəcək

Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə icra etdiyi “Aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” Layihəsinin əhatə dairəsinə Lənkəran-Astara regionu da əlavə edilib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı bu barədə məlumat yayımlayıb 

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən layihə ilkin olaraq, Gəncə-Qazax və Quba-Xaçmaz regionlarını əhatə etməyi nəzərdə tuturdu. 2019-cu ilin noyabrında başlamış layihədə başlanğıcda 2 pilot regionda aqrar məsləhət xidmətlərinin regional əsaslı inkişaf etdirilməsi planlaşdırılmışdı. Lakin tərəflər arasında razılaşmalardan sonra Lənkəran-Astara regionu da yerli xüsusiyyətlərinə və kənd təsərrüfatı məhsulları istehsalı potensialına görə fokus region kimi layihəyə daxil edilib.

Qeyd olunur ki, 2 illik layihə pilot rayonlarda fermerlərə aqrar məsləhət xidmətlərinin göstərilməsi üzrə sub-layihələr reallaşdıracaq. Layihə çərçivəsində bu regionlarda fermerlərin ehtiyac duyduqları aqrar xidmətlər, həmin xidmətləri əldə etmək üçün münasib üsullar öyrəniləcək, dövlət-özəl tərəfdaşlığı imkanları tətbiq edilərək, Avropa ölkələrinin uyğun modelləri sınaqdan keçiriləcək.

Qeyd edək ki, bu ilin fevral ayından başlayan layihə çərçivəsində Gəncə-Qazax və Quba-Xaçmaz regionlarında fermer və aqrar məsləhətçilər arasında sorğular başa çatıb. Sorğuların nəticələri yaxın vaxtlarda yekunlaşdırılıb, ictimaiyyətə təqdim ediləcək. Eyni zamanda, Lənkəran-Astara bölgəsində analoji sorğuların keçirilməsinə başlanılıb. Sorğularda hər bölgədən 200-dən artıq fermer, 50-dək aqrar məsləhətçi, o cümlədən, gübrə, toxum və pestisid təchizatçısı iştirak edib.

Mənbə: Fins.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107