Yeni suvarma üsulu, yeni qurğu – 30% qənaət

Rusiyalı mütəxəssislər yeni suvarma üsulu və yeni qurğu ixtira ediblər.

Təklif olunan texnologiya, pestisidlər və ya gübrələr ilə edilən bahalı suvarmaya 30 % qənaət etməyə imkan verir

Roman Merzlyakov “Rossiyskaya qazeta” portalındakı məqaləsində yenilik haqqında daha ətraflı danışıb.

“Bildiyimiz kimi çox vaxt pomidor məhsulunun normal böyüməsi üçün zərərvericilərə qarşı xüsusi bir tərkiblə dərmanlanır. Ancaq bu zaman mayenin əhəmiyyətli bir hissəsi boş yerə tökülür və israf olur. Araşdırma qrupu bu məsələnin həllin üçün yaxşı bir variant tapıb.

Professor İvan Borisenko araşdırmanın məğzini izah edib:

“Şaquli püskürtmə zamanı, pestisidlər və ya digər maddəli su yuxarıdan verildikdə, püskürtmə dərəcəsi 70 ilə 110 dərəcə arasında dəyişir. Buna görə də suyun böyük hissəsi “hədəfdən” yan keçir. Biz bu ziyan olan həcmi becərilən bitkilərə bölüşdürmək istədik. Çiləmə üsulunun hər iki tərəfdən aparıldığı bir qurğu yaratdıq. İki axın birləşəndə, aşağı enən üçüncü axın yaranır”.

Bu yolla məhlulun püskürdülmə bucağı nəzərə çarpacaq dərəcədə azalır.

Bundan əlavə, məhlul sadəcə yuxarıdan püskürdüldükdə, yarpağın yalnız üst hissəsinə düşür. Lakin damcılar toqquşanda su hissəciklərinin xaotik bir hərəkəti yaranır və bu yolla  həm yarpağın alt hissəsinə, həm də gövdəsinə düşür. Yəni bu üsul suvarmanın keyfiyyət göstəricilərini də yaxşılaşdırır.

Bu üsul ilə xərclərin 30 faizinə qənaət etmək mümkündür.

Sistemin sadəcə bir çatışmazlığı var və mütəxəssislər hazırda bu problemi aradan qaldırmaq üçün çalışırlar. Bəzən zolaqlarda çiləmə tələb olunur, bəzən isə ümumi suvarma. Bu qurğu isə hələ hər iki formada suvarmaya yararlı deyil.

İndi bu qurğu sərt bir çərçivədən ibarətdir, amma universal bir çərçivəyə ehtiyacı var. Hər məhsul üçün ayrı çiləyici istifadə edə bilməzsiniz. Hazırda mütəxəssislər belə bir konfiqurasiya hazırlamağa çalışırlar. İki rejimli suvarma qurğusu. İstəsən  bu rejimi yandırırsan, istəsən digər rejimi.

Texnologiya artıq Volqoqrad fermalarından birində sınaqdan keçirilib. Müəlliflər qurğunun patentini artıq alıblar. Hələlik fermerlərdən birbaşa sifariş alınmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика