Yeni tərəfdaşımız-aqrar.az

Fermerlərin üzləşdikləri ən başlıca problemlərdən biri istehsal etdikləri məhsulları sata bilməmələri, məhsulu saxlamaq üçün soyuducu və ya anbarların olmaması və bu səbəbdən də məhsulun tələf olmasıdır. Aqrar.az saytı da məhz kənd təsərrüfarı sahəsində çalışanlara yardım etmək məqsədilə yaradılıb. Qeyd edək ki, aqrar.az  – kənd təsərrüfatı məhsulları istehsalçıları və iri istehlakçılar üçün yaradılmış ilk ixtisaslaşdırılmış alış-veriş saytıdır.

aqrar.az

aqrar.az pulsuz elanlar saytının yaradılmasında başlıca məqsəd fermerlərə istehsal etdikləri məhsulları satmaqda, alıcılara isə istədikləri məhsulları əldə etməkdə rahat və geniş seçim imkanı yaratmaqdır. Bu sayt vasitəsilə fermerlər öz məhsullarını bazara rahat çıxarmaq imkanı əldə edəcəklər. Bu addım kənd təsərrüfatının inkişafına dəstək verməklə yanaşı, alıcılarla satıcılar arasında bir növ körpü rolunu oynayacaq:

Layihə rəhbəri  Yavər  bəy :  “Kənd təsərrüfatı məhsulları istehsalçıları daha öz məhsullarını satmaq üçün bazarlarda alıcı axtarmalı olmayacaqlar. Bakı və digər şəhərlərdə olan ketrinq firmaları, restoran şəbəkələri, böyük hotellərimiz əlavə xidmətlər və xərclər olmadan istehsalçılarla birbaşa əlaqə quraraq, onalrın məhsulları ala biləcəklər.

aqrar.az saytından istifadə

Saytdan istifadə çox asan və anlaşılandır. Məhsullarını satmaq istəyən fermerlər saytda qeydiyyatdan keçərək öz məhsullarının şəklini çəkib elan şəklində yerləşdirməklə minlərlə alıcı tapa biləcəklər. Onlar burada eyni zamanda məhsul haqqında qısa məlumat verə, onun qiymətini, əlaqə nömrələrini yerləşdirə bilərlər. Satıcılar üçün əsas üstünlüklərdən biri də ondan ibarətdir ki, onlar elanın sayta yerləşdirildiyi müddətdən sonra 1 ay ərzində öz məhsullarının qiymətini dəyişmək imkanına malikdirlər və eyni zamanda regionlarla bağlı heç bir məhdudiyyət qoyulmayıb. bAzərbaycanın istənilən regionundan qeydiyyatdan keçib, məhsul yerləşdirmək mümkündür.

Alıcılar isə sayta daxil olmaqla oradakı məhsullarla tanış ola, onların müqayisəsini apara və seçdikləri məhsulu əldə edə bilərlər. Saytda aqrotexnika, inventar, laborotoriya avadanlığı, torpaq və obyektləri  yerləşdirmək də mümkündür.

Sayt məhsulların qiyməti və çatdırılması xidmətini göstərmir. Lakin alıcı özü birbaşa satıcı ilə əlaqə saxlayır və tərəflər arasında razılıq əldə olunacağı təqdirdə satıcı məhsullarını alıcının istədiyi ünvana çatdıra bilər.

Siz də keyfiyyətli kənd təsərrüfatı məhsullarını münasib qiymətə satmaq və ya almaq istəyirsinizsə, aqrar.az saytı ən yaxşı seçimdir.  Məhsullarınıza alıcı tapın, istənilən məhsulunuzu istədiyiniz qiymətə satın! Daha tez sat!

Biz də agroexpert.az ailəsi olaraq tərəfdaşımıza etibar edirik və tövsiyyə edirik!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!