Yer fındığının sağlamlığımıza faydaları

Yer fındığı, hər nə qədər qoz və badam kimi qabıqlı çərəzlərə oxşasa da əslində yaşıl noxud və mərci kimi paxlakimilər ailəsindəndir. İllik olaraq əkilən yer fındığı bitkisinin torpaq üstündə qalan hissəsi 20-50 sm qədər böyüyə bilir. Yaşıl noxud çiçəyini xatırladan sarı və qırmızı güllər açan bitkinin torpaq altındakı kök hissəsində 3-5 sm ölçülərində toxum kisəcikləri içində yaranan yer fındığı dənələridir. Bu dənələr bitki sökülərək biçilir. Otuzdan artıq növü olan bu bitki, ana vətəni olan Cənubi Amerikadan ticarət yolu ilə bütün dünyaya yayılıb. Hazırda Amerika, Argentina, Çin, Hindistan, İndoneziya və Nigeriya mühüm yer fındığı istehsalçısı ölkələrdəndir.

yer fındığı
Yer fındığı hansı sahələrdə istifadə edilir?

Adətən, çərəz kimi işlədilsə də yağ, un və süd kimi də istehsal edilən yer fındığının istifadəsi getdikcə genişlənir. Yüksək yanma dərəcəsinə malik yer fındığı yağı xüsusilə qızartmalar üçün seçim edilir. Şirin və ya duzlu çərəz olaraq istehlak edildiyi kimi, salat və ya yeməklərə də ləzzət qatması üçün əlavə olunur. Hindistan və Asiya ölkələrində geniş olaraq istifadə edilən yer fındığı, souslarda və yeməklərdə bişmiş və ya qızardılmış olaraq istifadə edilir.

Yer fındığının faydaları nələrdir?
  • Tərkibində çox mühum yağlar olan yer fındığı ürək sağlamlığı üçün xolesterini aşağı salmağa köməkçi olur. Həmçinin antioksidant xüsusiyyəti sayəsində ürək damar sistemini qoruyaraq ürək tutması riskini aşağı salır.
  • Aparılan araşdırmalar, yer fındığının tərkibindəki fol turşusu və resveratrol kimi maddələrin xərçəngdən qoruyucu təsirləri olduğunu göstərir. Tərkibindəki bu maddələr sayəsində, yer fındığının xüsusilə kolon (bağırsaq) xərçəngindən qoruyucu xüsusiyyətləri olduğu deyilir.
  • Öd kisəsində daş əmələ gəlməsini qarşısını almağa köməkçi olur. Araşdırmalar həftədə bir ovuc yeyilən yer fıstığının öd kisəsi daşı əmələ gəlməsi riskini 25% azaltdığını ortaya qoyur.
  • Alzheimer və yaşla birlikdə inkişaf edən yaddaş problemlərinə qarşı qoruyucudur.
  • Tədqiqatlar, əsasən yüksək kalori ehtiva etdiyi üçün istifadəsindən çəkinənlərə yer fındığının həqiqətdə çəki artımının artımının qarşısını aldığını göstərir.
  • Yer fındığı diş və sümük sağlamlığı üçün zəruri olan fosfor ehtiyacının 15%-ini, immunitet sistemi üçün çox əhəmiyyətli olan sink və dəmir ehtiyacının 10%-ini qarşılayarkən, maqnezium, manqan və selen üçün də olduqca yaxşı bir mənbədir.
Yer fındığının zərərləri nələrdir?

Tənəffüs çətinliyi və astmaya səbəb ola bilən yer fındığı allergiyası olduqca məşhurdur. Xüsusilə uşaqlarda daha tez-tez rastlaşılan bu qida allergiyası zaman keçdikcə çox təhlükəli ölçülərə çatır. Doqquz aydan kiçik uşaqlara yer fındığı tövsiyyə edilmir, irəli yaşlarda da allergiya məsələsində diqqətli olunmalıdır. Həmçinin sağlam şəraitdə istehsal edilməyən və saxlanmayan yer fındığı üzərində zəhərli və bir çox xəstəliyə yol açan bir növ zəhərli göbələk olan aflatoksin ola bilər. Bu səbəblə yer fındığı yeyərkən küf və xarab olmaq kimi işarələrə çox diqqət edilməlidir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!