Yer kürəsinin hər bir bölgəsində yetişən bitki-Kərəviz

kərəviz bitkisi haqqında

Kərəviz çətirkimilər fəsiləsinə aid çox illik bitkidir. Onun 20-yə yaxın yabanı, mədəni halda isə 3 növü məlumdur. Kərəvizin ən çox iki növündən (zoğlu və köklü) istifadə edilir.

Bu bitki antraktidadan başqa bütün qitələrdə yetişdirilir. İlboyu becərilir.

Onun kökü soyuğa davamlıdır və toxumları 3C-də də yetişə bilir. Kərəviz birinci il kök və yarpaq, ikinci il isə çiçək və toxum verir. Hündürlüyü təqribən bir metrə çatır. 

Avropa və Asiyada yabanı halda yetişə bilir. Qədim zamanlarda ondan masaların bəzədilməsi məqsədilə istifadə edilib. XVII əsrdən etibarən isə o qidalara əlavə olunub. 

kərəviz bitkisi haqqında maraqlı məlumatlar

Kərəvizin yarpaqları bir az sərt və tünd yaşıl olur. Ondan kulinayiyada istifadə edilir. Kulinariyada kərəvizin toxumlarından da ədviyyat kimi istifadə olunur. Kərəviz toxumlarından alınan yağdan parfümeriya və farmakologiyada da istifadə edilir. Onun kökündən kərəviz duzu da alınır. Kərəviz duzunun tərkibi təbii natriumla zəngin olur və orqanizm tərəfindən yaxşı mənimsənilir.

K vitamini ilə birlikdə yüksək miqdarda A vitamini, fosfor və kalium ehtiva edir. Bundan başqa, kərəvizin tərkibinə B və C vitamini və digər minerallar da daxildir.

Kərəvizin kökü və yarpaqlarında:

  • aminturşular, asparaqin, tirozin, karotin, nikotin turşusu,
  • mikroelementlər, efir yağları, bor, kalsium, xlor, yağ turşuları,
  • folatlar, inozitol,dəmir, maqnium, marqanes, fosfor, kalium,
  • selen, kükürd, sink, A, B1, B2, B3, B5, B6, C, E, K vitaminləri var. 
Tərkibində olan kumarin miqren ağrılarından xilas olmağa yardım edir. 

Kərəvizin tərkibində olan turşu və minerallar orqanizmin qocalmasını ləngidir. Həmçinin orqanizmə sakitləşdirici təsir edir, yorğunluğu aradan qaldırır. Ondan ən çox sinir xəstəlikləri zamanı istifadə etməkdə fayda var. Kərəvizin tərkibində olan efir yağları mədə şirəsinin axmasını sürətləndirir. O şəkərli diabet xəstələri üçün çox faydalıdır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!