Yetişdirdiyiniz bitkilər üçün təbii gübrənin hazırlanma qaydası

Gübrə bitkinin qidalanmasında lazım olan kimyəvi elementləri təmin etmək üçün torpağa əlavə edilən maddədir. Torpaq və suyun kifayət etmədiyi ərazilərdə bitkilərin ehtiyacı olan bir çox maddəni çatdırmaq üçün gübrə istifadə edilir.

Gübrələr üzvi və qeyri-üzvi gübrələr olaraq ayrılır. Qeyri-üzvi gübrələr özləri də 5 növə ayrılır.

  • Sadə Gübrələr
  • Mürəkkəb gübrələr
  • Mikroelementli gübrələr
  • Yavaş əriyən gübrələr
  • Karbon qazı gübrəsi

Ancaq qeyri-üzvi gübrələrin tərkibinin yalnız kimyəvi maddələrdən təşkil olunması fikri yalnışdır. Bu yazıda kompost(mürəkkəb) gübrələr haqda olan məlumatları sizlərlə bölüşəcəyik.

Mürəkkəb gübrə nədir? Faydaları nələrdir?

Tərkibində birdən çox bitki qidası olan gübrələrə mürəkkəb gübrələr deyilir. Istifadəçilərə vaxt, iş qüvvəsi və maddiyyatdan qənaət edən bu gübrələrin içində əsasən azot, fosfor, kalium var. bunlardan əlavə mikroelementlərlə də zəngindir.

Təbii gübrədən istifadə edərkən torpaq qida maddələri ilə zənginləşir.
  • Kompost gübrə ilə daim qidalalan bitki, yalnız birtərəfli bəslənmir.
  • Üzvi gübrələrin istifadəsi ilə torpaq qabda saxlanılır və daha rahat havalandırma təmin edilir.
  • Torpağa humus əlavə etməyin ən asan yollarından biri üzvi gübrələrdir.
  • Bu gübrələr torpağın çoxlu su içməsi ilə su tutumunu artıraraq pH quruluşunu tənzimləyir.
  • Mürəkkəb gübrə ilə torpaq tempraturu tənzimlənir.
  • Təbii gübrə ilə torpaqda yaşayan mikroorqanizmlər artırılır.
  • Mürəkkəb gübrələri torpaqdakı fosforu istifadəyə yararlı hala gətirir və davamlı olaraq azot və karbonla təmin edir.
Təbii gübrə (kompost) necə hazırlanır?

Evdə baxdığınız bitkilər üçün mütləq hazır gübrə almaq məcburiyyətində deyilsiniz. Mətbəxdəki tullantılarınızla və də təbiətdə asanlıqla tapa biləcəyiniz vəsaitlərlə dibçək bitkilərinizi və həyətdə əkdiyiniz tərəvəz bitkilərini bəsləyəcək mürəkkəb gübrə hazırlaya bilərsiniz. Bu yalnız bitkilərinizin sağlam böyüməsini təmin etməyəcək, həm də torpağı qidalandırmağa şərait yaradacaq.

Bu gübrəni hazırlamaq üçün  iki cür vəsaitə ehtiyac duyarıq. Bunlar qəhvəyi və yaşıl rəngli məhsullar olacaq. Yaşıl material yaş, qəhvəyi material quru olur. Sizə lazım olan bu materialları qarışdıra biləcəyiniz ən azı 1 metr uzunluğunda və 30×40 sm eni olan bir qabdır.

Qeyd edək ki, yaranacaq pis qoxuya görə bunu evin içində və ya qapalı yerdə etməyiniz məsləhət deyil.

  • Yaşıl məhsullar:
  • Budanmış təzə çiçək qalıqları və yarpaqlar
  • Biçilmiş çəmən otları
  • Tərəvəz və meyvə qabığı
  • Heyvan nəcisi
  • Yaşıl təzə otlar
  • Çay qalığı
  • Yumurta qabıqları
  • Mətbəx qalıqları (tullantı qidalar)
  • Qəhvəyi məhsullar:
  • Qurumuş yarpaqlar
  • Budaq qırıntıları və ağac qabıqları
  • Saman
  • Salfetlər, kiçik parçalara ayrılmış qəzet kağızları
  • Torf torpağı

Qeyd edək ki, ət, balıq, toyuq və süd kimi həşəratları cəlb edə bilən, bakteriya yaradan və gübrəni məhv edən məhsullar məsləhətli deyil.

Keyfiyyətli bir üzvi gübrə əldə etmək üçün əlinizə keçən hər vəsaiti toplamamalısınız. Vəsaitlər arasında bir bərabərlik olmalıdır. Belə ki, təmiz bir gübrə hazırlamaq üçün bərabər miqdarda qəhvəyi və yaşıl maddələrdən istifadə etmək lazımdır.

təbii gübrə kompos - agroexpert.az
Təbii gübrə üçün yarpaq humusunun hazırlanması

Yığdığınız yarpaqları qalın bir neylon torbaya doldurun, sonra yarpaqları bir rezin boru ilə isladın. İstəsəniz əvvəlcə yarpaqları yuyub sonra torbaya doldura bilərsiniz.

Daha sonra bu paketə 5-10 dəlik açıb günəş ala biləcəyi bir yerdə ağzı bağlı gözlədin. Üstünə ağır bir əşyanın qoymaq prosesi daha yaxşı təsir göstərəcək. Ən az 6 ay gözlədin. (Nə qədər çox gözləsə, o qədər zəngin bir qarışıq alınacaq.)

Yaxşı bir gübrə hazırlamağın sirri karbon və azot nisbətini bərabərləşdirməkdir.

Əvvəlcə hazırlanacaq məhsulları qat-qat yığmağınız lazımdır və ilk istifadə ediləcək vəsaitlər qəhvəyi rəngli vəsaitlərdir.

Hazırlayacağınız gübrə qabının dibinə qəhvə rəngli məhsulları qarışdıraraq təxminən 15- 20 sm qalınlıqda yığın. Onun üzərinə yenə eyni qalınlıqda bir miqdar yaşıl qalıqların qarışığını əlavə edin. Sonra tapa bilsəniz təxminən 25 mm qalınlığında bağ torpağı və ya torf torpağı əlavə edin. Torf torpaq yaxşı qəhvəyi bir materialdır. Bir az nəmləndikdən sonra üstünə qəhvəyi rəngli bir təbəqə əlavə edin. Bir az torpaq və bərabər miqdarda qəhvəyi və yaşıl məhsulları əlavə edərək qabı eyni laylarla doldurun. Burada ən əhəmiyyətli məsələ bu yığıntının nəmli qalmasıdır.

15 gündə bunu alt- üst edərək qarışdırın. Bu prosesi tətbiq edərkən qoxudan narahat olmamaq üçün maskadan istifadə edə bilərsiniz. Nəzərə çatdıraq ki, budaq və qəzet kimi tullantıları xırdalayıb qarışdırmağınız sizə asanlıq yaradaca və daha tez çürüyəcək. Hazırladığınız qarışığı 1 ay sonra su ilə nəmləndirərək yaxşıca alt- üst edin. Gübrənizi qəhvəyi rəngə çevrildikdə və torpaq qoxmağa başlayanda istifadə edə bilərsiniz. Bu müddət təxminən 4-5 ay çəkə bilər.

Gübrənin istifadə edilməsi

Torpaqdan maksimum məhsul götürmək istəyirsinizsə, yazda havalar istiləşəndə bitkilərinizi əkdiyiniz torpağa 5 sm qalınlıqda hazırladığınız gübrəni əlavə edin və torpaqda qarışdıraraq tam yayıldığından əmin olun. Gübrə hazırlamaq təxminən 1 il çəkən, vaxt tələb edən, ancaq yormayan bir prosesdir. İldə bir dəfə bağçanıza və ya dibçəklərinizə gübrə əlavə edə bilərsiniz.

Bu sistemdə soxulcandan (qırmızı Kaliforniya qurdu) da istifadə edilə bilər. Uyğun mühit yaradıldıqdan sonra daha tez müddətdə gübrə  əldə etmək mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107