Yonca bitkisinin əkilmə prosesi

Ötən məqalədə önəmli yem bitkisi olan yoncanın növləri, əkim şəraiti, məhsuldarlığı, torpağa verdiyi fayda, növbəli əkim sistemində ki önəmi haqqında geniş bəhs etmişdik. Bugün isə yoncanın əkim prosesi haqqında ətraflı məlumat qeyd edəcik.

Yonca toxumları 5-6ºC temperaturda cücərir. Optimal cücərmə temperaturu isə 18-20°C-dir. Qışlayan bitkilər havanın temperaturu 7-9ºC-yə çatdıqda oyanıb böyüməyə başlayırlar. Yonca bitkisinin yeraltı hissəsi əgər torpaq səthində qar örtüyü olsa 40ºC şaxtaya tab gətirib məhv olmur. O quraqlığa davamlı olsa da suya tələbkar bitkidir. Bitki suya qönçələnmə fazasında və çiçəkləmənin başlanğıcında daha çox tələbkar olur.

Yonca müxtəlif torpaqlarda becərilə bilən bitkidir. Lakin nisbətən yüngül mexaniki tərkibli, münbit, neytral və ya qələvi mühitli torpaqlarda daha yaxşı inkişaf edir. Torpaq turşuluğuna həssasdır. Yalnız əhəngləmədən sonra turş torpaqlarda becərilə bilər.

Torpağın səpinə hazırlanması

yonca bitkisi

Yonca üçün yaxşı sələflər – dənli taxıl bitkiləri, qara herik, qarğıdalı, bostan bitkiləridir. Şəkər çuğunduru yonca üçün pis sələfdir. Ona görə ki, torpağın dərin qatını güclü qurudur. Suvarılan torpaqlarda yoncanı praktiki olaraq hər hansı bir sələflə növbələndirmək olar. Bundan başqa onu dənli taxıl bitkilərinin örtüyünə də səpmək olar.

Dənli taxıl bitkilərindən sonra (yonca əkinləri üçün), sələf bitkisinin məhsulu yığılan kimi kövşənlik 4-6 sm dərinlikdə üzlənir. Alaq otu toxumlarının cücərməsini sürətləndirmək üçün üzləmədən sonra sahənin suvarılması və torpağın səthi quruduqda malalanması tövsiyə olunur. Təxminən 2-3 həftədən sonra, alaq otu toxumları cücərdikdə ön kotancıqlı kotanla 28-30 sm dərinlikdə əsas şum aparılır.

Pambıq əkini altından çıxmış tarlalarda üzləmə pambıq gövdələrinin çıxarılması ilə əvəz olunur və şumdan qabaq suvarma tövsiyə olunmur. Çünki, pambıq yığıldıqdan sonra torpaq dondurma şumu etmək uçun kifayət qədər ütubətli olur. Əsas şumun müddəti torpağın yetişməsindən ötrü böyük əhəmiyyətə malikdir.

Aran rayonlarında yoncanın payız səpinindən ötrü əsas yay şumunun müddəti iyulun axırı – avqustun əvvəli hesab oluna bilər. Bu zaman şum ilə yoncanın səpilməsi arasında 30-40 günə qədər fasilə olur və bu müddət ərzində torpaq normal yetişir. Yaz səpinində isə dənli bitkilərdən sonra optimal dondurma şumu müddəti sentyabr–oktyabr aylarıdır. Dekabr–yanvar aylarında arat edilməsi tövsiyə edilir.

Torpağın səpinqabağı becərilməsi.

Yoncanı payız səpini üçün sentyabrın əvvəlində səpin qabağı kultivasiya və sonradan malalama keçirilir. Kultivasiyaya 3-4 gün qalmış su ehtiyatı yaradan suvarma (arat) yaxşı nəticə verir. Yaz səpini üçün erkən yazda səpin qabağı iki dəfə kultivasiya və onların ardınca malalama aparılır. Torpaq tamamilə narın vəziyyətə gətirilməlidir. Sahə dəqiqliklə hamarlanmalıdır.

Yonca inkişafının əvvəllərində zəif böyüyür. Ona görə də yonca bitkisini alaqlar tez basıb kölgələndirir. Bunu nəzərə alaraq yonca səpini üçün nisbətən alaqotları ilə az zibillənmiş torpaq sahələri ayrılır. Yonca səpiləcək torpağın becərilməsistemi sələflərdən asılı olaraq dəyişir. Əgər sələf payızlıq taxıllar olarsa məhsul yığımından sonra kövşənlik dərhal 6-8 sm dərinliyində üzlənir. Əgər torpaq quruyubsa sahə əvvəlcə suvarılır, alaq otları cücərdikdən sonra təkrar üzləmə keçirilir. Hər hektara 100 kq fosfor, 30 kq azot, 30 kq kalium (təsiredici maddəhesabı ilə) verib, 28-30 sm dərinliyində şum aparılır. Ağır torpaqlarda səpindən qabaq arat keçirilir ki, cücərtilər qaysaq tərəfindən zədələnməsin.

Əraziyə uyğun səpin müddətləri, norma və üsulları

Yoncanın bioloji xüsusiyyətləri onun toxumlarının payız və yazda səpilməsinə imkan verir. Azərbaycanın suvarılan aran zonalarında yoncanın payız səpini 20 avqustdan 20 sentyabradək başa çatdırılmalıdır. Yoncanın yaz səpini aran rayonlarında fevral ayının 20-dən martın 20-dək aparıldıqda yaxşı nəticələr alınır. Dağətəyi ərazilərdə martın 1-dən 20-dək, dağlıqərazilərdə isə martın 20-dən aprelin 10-dək səpin aparıla bilər. Yonca ot almaq məqsədilə becərilməsi nəzərdə tutulursa başdan-başa üsulla səpilməsi məsləhətdir. Yemlik yonca üçün toxumun səpin norması hektara 10-15kq götürülür.

Səpin üçün taxıl otlarını səpən SUT-47, SZTN-47, SZT-3,6 markalı aqreqatlardan istifadə olunur. Yonca toxumları 2-3 sm dərinliyə basdırılır.

Suvarma müddətləri və norması

yoncanın əkim prosesi

Yonca bitkisi suvarma şəraitində həyatının birinci ilindən yüksək ot və toxum məhsulu verir. Bunun üçün yonca əkinləri alaqlardan təmiz saxlanmalı , suvarma vaxtları və onları nsayı düzgün müəyyən edilməlidir. Suvarılan bölgələrdə qrunt suyunun səviyyəsindən, torpağın mexaniki tərkibi və relyefindən, torpaqda olan ehtiyatnəmlikdən və suvarma üsulundan asılı olaraq suvarmalar aparılır.

Payızda arata səpin apardıqdan bir ay sonra yonca əkinləri birinci dəfə suvarılmalıdır. Bu müddət torpaq-iqlim şəraitindən asılı olaraq dəyişə bilər. Payız səpinindən sonra yonca şaxtalar düşənə qədər 2 dəfə suvarılmalıdır. Yonca sahəsində növbəti suvarma mart ayında aparılır. Bununla da yoncanın birinci biçinədək suvarılmasına ehtiyac qalmır. Yaz səpinindən sonra yonca sahəsinin 2 dəfə suvarılması birinci biçininin optimal vaxtda aparılmasını təmin edilir. Yoncanın ən intensiv su sərfi birinci çalımdan sonra, hər çalım müddəti daxilində isə yoncanın intensiv böyüməsi dövründə, yəni qönçə bağlamadan çiçəkləmənin əvvəlinə qədər olan dövrdə müşahidə olunur. Buna müvafiq olaraq həmin dövrdə yonca əkinləri tez-tez suvarılmalıdır.

Ümumiyyətlə, yonca sahələri hər biçindən sonra 2 dəfə suvarıldıq da 4-5dəfə biçin aparılması mümkün olur. Hər biçindən 5-6 gün əvvəl suvarma aparılır. Biçindən sonra tarladakı quru ot çıxarıldıqdan sonra iki iz malalama aparılır. Yoncanın suvarmalarının arası 15-25 gün intervalında tərəddüd edir. Yonca sahələrinin biçinlər arası vaxtlı-vaxtında suvarılması və suvarma qabağı yemləmə gübrələrindən (superfosfat) istifadə edilməsi bol məhsul istehsaletməklə yanaşı bitkilərin fizioloji inkişafını təmin edir.

Suvarma normaları torpağın mexaniki tərkibindən, qrunt sularınınsəviyyəsindən və s. şərtlərdən asılıdır və orta hesabla 600-800m3/hektar qəbuledilir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!