Yonca otunun yığılması və saxlanması

Agroexpert_22Heyvandarlığın inkişafında və onun məhsullarının artırılmasında bol və keyfiyyətli yem ən başlıca şərtdir. Mal-qaranın yem payında onun xüsusi çəkisi böyükdür. Fermerlərin heyvandarlıq sahəsində yem bitkisi kimi istifadə etdikləri bitkilər içərisində yonca əsas yerlərdən birini tutur. Qurudulmuş yonca otunun saxlanmasında qaydalara düzgün əməl olunmaması nəticəsində quru ot tamamilə keyfiyyətsiz hala düşür, ümumi yem ehtiyatının dəyəri istər yemləmədə, istərsə də quru ot satışında 50%-ə qədər itirilir.

Qurudulmuş yonca otunun tədarükünün düzgün aparılmaması aşağıdakı mənfi nəticələrə gətirib çıxarır:

  • Qabalaşır (Yığım vaxtı gecikdikdə)
  • Yarpaqlar və qönçələr kütləvi şəkildə tökülür
  • Kiflənir (normal qurudulmadıqda)
  • Xoşagəlməz iy əmələ gəlir
  • Xarici görünüşünü itirir (yanıq əmələ gəldiyindən)
  • Yemləndirmədə zəhərlənmələrə səbəb olur.

Bu itkilərin aradan qaldırmaq üçün aşağıdakılara əməl edilməlidir.

Otun vaxtında çalınması. Elə obyektiv səbəblər var ki, artıq onlar insanların imkanı xaricindədir. Bunlara misal olaraq uzunmüddətli yağışların yağmasını, daşqınları və digər təbii fəlakət hadisələrini göstərmək olar. Yoncanın çalınması və ot yığımı intensiv yağışlar yağan dövrə təsadüf edən hallarda fermerlər lazım gəldikdə bütün imkanlarını səfərbər etməli, onun toplanmasında yüksək bacarıq nümayiş etdirməlidirlər. Bunun üçün fermerlərin nəzərinə bəzi tövsiyələri çatdırmağı məsləhət bilirik. Bu iş yoncanın çalınması ilə başlayır.
Yoncanı çiçəkləmə dövründə çalmaq lazımdır. Yonca gec çalındıqda bitkilərin tərkibi pisləşir və quru yonca otunun keyfiyyəti azalır. Tam aqrotexniki qaydada yoncanın çalınması sahədə qönçələmə 90-95% olduqda aparılmalıdır. Çünki bu dövr bitkilərin ən qiymətli və qidalı dövrü hesab olunur.
Bəzən yonca sahələrinin güclü seyrəlməsi müşahidə olunur ki, bu da müxtəlif səbəblərdən baş verir. Bunlardan biri də yonca otunun çalımının düzgün aparılmamasıdır. Yonca otunun 8-10 sm hündürlükdə biçilməsi məsləhət görülür. Bəzən təsərrüfat sahibləri ot artımını nəzərə alaraq yoncanın həddindən artıq dibdən çalınmasına maraq göstərilir. Bu isə çox ziyanlı bir nəticəyə gətirib çıxarır. Belə ki, biçimi çox aşağıdan (5-6 sm) apardıqda kollanma düyünü zədələnir, yeni əmələ gələn zoğlar və bitkinin aşağı hissələrindəki tumurcuqların çoxu kəsilir. Nəticədə sonrakı biçimdə bitkinin məhsuldarlığı aşağı düşür.
Nümunəvi qurutma. Çalınmış otun qurudulmasında məqsəd otu uzun müddət normal saxlamaqdan ibarətdir. İtkilərin qarşısını almaq və onu kəskin surətdə azaltmaq üçün otun qurudulması müddətini minimuma endirmək lazımdır. Yoncanı qurudan zaman qiymətli qida maddələri ilə zəngin olan yarpaqların saxlanmasına, tökülməməsinə çalışmaq lazımdır.
Yoncanın sahədə qurudulması zamanı onun tez-tez çevrilməsinə çalışmaq lazımdır, əks halda otun altında qalan bitkilər artıq rütubətin və qızışmanın nəticəsində məhv olur, ot isə kiflənərək öz keyfiyyətini itirir. Sahədə otun çox saxlanması nəticəsində növbəti çalım müddəti gecikir, bitkinin saralması müşahidə olunur. Bunun üçün otun qısa müddətdə qurudulmasına və tez müddətdə sahədən çıxarılmasına çalışmaq lazımdır. Biçilmiş ot uzun müddət açıq havada, dağınıq halda saxlandıqda həddən artıq quruyur, onda olan qida maddələrinin və vitaminlərin müəyyən miqdarı itir. Buna görə də toplanmış yemin keyfiyyətinə fikir verilməlidir.
Hesablamalar göstərir ki, otun qurudulub daşınması zamanı 15-35%-ə qədər itki olur. İtkini minimuma endirmək üçün məhsulun toplanması zamanı diqqətli olmaq lazımdır.
Otun tayalara yığılması qaydaları və saxlanması. Ot ancaq səhərlər, yaxud da axşam çağı, havada nəmlik yüksək olduqda tayalara vurulmalıdır ki, itkiyə yol verilməsin. Məlumdur ki, otun əsas qida maddələri yarpaqlardadır. Ot tayalara vaxtında yığılmadıqda yarpaqlar tökülür və ot keyfiyyətsiz hala düşür. Ot tayalara yığılarkən bərabər qaydada yığılıb tapdalanmalıdır. Ən yaxşı saxlama üsulu quru otun anbarlarda və çardaqlarda saxlanmasıdır. Çünki bu üsulla saxlanmış otun tərkibində, tamında və rəngində dəyişiklik əmələ gəlmir. Təcrübə göstərir ki, düzgün qurudulub tayalara vurulmuş yonca otu təbii rəngini, ətrini, yarpaqlarını, çiçəklərini, saflığını və keyfiyyətini yaxşı saxlayır.
Yadda saxlamaq lazımdır ki, otun keyfiyyətli surətdə toplanması və saxlanması onun satışında Sizə əlavə olaraq 30% qazanc gətirə bilər.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673