Yoncanın növləri, xüsusiyyətləri və əkilmə qaydası

Çoxu bilir ki, yonca çoxillik bitki olub. Həm də ki kənd təsərrüfatında vacib yem bitkilərindən biri sayılırdı. Yoncanın dünya florasının tərkibində 300-dən artıq növü yayılmışdır. Qafqazda – 60, Azərbaycanda isə – 43 növünə rast gəlinir. Yonca növlərinin əksəriyyəti qiymətli yem, dərman, boyaq, qida və bəzək bitkisi hesab edilir.
Otarmaya qarşı davamlı olduğuna görə digər bitkilərlə qarışıq yem otunun keyfiyyətini artıran bitkidir. Ətlik və südlük mal-qaranın bəslənməsində böyük rol oynayan yonca bitkisinin tərkibində 10-a qədər vitamin var.
İnternetdə yonca haqqında çox maraqlı məlumatlar var. Lakin, bizim məqsədimiz bugün sizə yonca bitkisinin əkilmə şəraitindən və onun ən müalicəvi növlərindən, həmçinin, xüsusiyyətlərindən məlumat təqdim etməkdir.

Yonca bitkinin əkilmə qaydası yonca bitkisi

İqlim tələbi

Yonca soyuq ilqimdən tutmuş isti iqlimi olan ərazilərdə belə yetişə yetişə bilən bitkidir. Yuxarı temperaturlu günlərin sayı çox olduqca, yoncanın məhsuldarlığı da çoxalır.

Torpağın keyfiyyəti

Yoncanın ən yaxşı yetişdiyi torpaqlar gillicə, qumlu-gillicə, çox artıq miqdarda qumlu olmayan, tərkibində kifayət qədər əhəng olan torpaqlardır. Qrunt sularının yer səthinə yaxın olması və pH göstəricisinin 6.5-dən aşağı olması yoncanın inkişafına maneə törədir. Torpağın fosfor və kalium tərkibi zəngin olmalıdır.

Əkinə hazırlıq

Yonca toxumları çox kiçik olduğuna görə yonca əkiləcək ərazi yaxşıca hazırlanmalıdır. Əkin yatağı sərt yabanı otlardan təmizlənməli və torpağın bir neçə sm dərinliyində nəm olmamalıdır. Bu səbəblə, dərin şumlanmış torpaqların üstündən disklə malalama və dırmıqla hamarlama işləri aparmaq lazımdır.

Toxum seçimi

Əkində istifadə olunacaq toxumların fiziki və bioloji keyfiyyəti yüksək, sertifikatlı toxumların istifadəsinə üstünlük verilməlidir. Yonca toxumu normal saxlanma şəraitində canlılığını uzun müddət qoruya bilir.

Əkin yonca bitkisi

Yonca müxtəlif üsullarla əkilsə də, ən çox işlənən metod maşın və əllə toxumun səpilməsidir. Yoncanın məhsuldarlığı baxımından ən uyğun əkin üsulu sıra ilə əkin sayılır . Yoncanın əkin vaxtı bölgələrə, yağış, istilik və növbəli əkin sistemlərinə görə dəyişir. Ümumiyyətlə isə, yonca yaz və payız olmaqla iki ayrı dövrdə əkilə bilər. Payız əkininin üstünlüyü ondadır ki, sahələrdə alaq otlar az olur.

Gübrələmə

Yonca torpaqdakı qida maddələrini özünə çox çəkən bir bitkidir. Təsərrüfat gübrəsinin tətbiqi də yonca toxumlarının inkişafını stimullaşdırır. Yonca azotun böyük hissəsini köklərindəki yumrular vasitəsilə götürür. Yoncaya gübrə tətbiqi aparılmış torpaq analizlərinin nəticələrinə əsasən, aqronomun göstərişi ilə əkin zamanı azot və fosfor oluna bilər. Fosfor yonca toxumunun inkişafı üçün vacib elementdirsə, kalium da yoncanın soyuğa davamlılığını artıran element kimi yoncanın inkişafında mühüm rol oynayır.

Suvarma

Yuxarı temperaturlu ərazilərdə yoncanın su tələbatı 2500 mm-ə qədər çata bilir. Əkin mövsümündən və ərazidən asılı olaraq 10-15 gündən bir suvarma aparıla bilər. Yoncanın suvarılmasında diqqət ediləcək əsas məqam hər biçindən sonra yenidən suyun verilməsidir. Suvarma sistemi kimi isə yonca bitkisi çiləmə suvarma sistemi və arxlar vasitəsilə suvarıla bilər. Suvarmanın vaxtı və intensivliyi aqronom vasitəsilə dəqiqləşdirilməlidir.

Məhsuldarlıq

yonca bitkisi

Ot üçün yetişdirilən yonca bitkisinin uyğun biçim zamanı 10% çiçəklənməyə çatdığı dövrdür. Məhsuldarlıq torpağın tərkibinə, verilən gübrəyə və suvarmaya əsasən dəyişir. Biçim üçün hündürlük 8-10 sm olmalıdır. Yonca anbarda saxlanacaqsa, çox qurudulmamalıdır ki, bu otun tərkibində A vitaminin azalmasına səbəb ola bilir.

Yoncanın ən müalicəvi növləri və xüsusiyyətləri

Ağ yonca

 Ağ yoncanın yaşıl hissəsinin tərkibindən belə maddələr toplanmışdır: 
  • 21,7% selüloza,
  • 0,25% saponin;
  • kumestrol, tirfoliol;
  • dafnoretin, umbelliferon;
  • bikumal 3, 4, 7-triqidroksiflavon formononetin;
  • bioxanin, daudzein, qenisteinkversetin;
  • izokversitrin, ononin, 7-qlükozid bioxanin;
  • kampferol flavonoidləri, yarpaqlarından fruktoza;

    ağ yonca bitkisi

  • qlükoza, ksiloza, saxaroza, fruktozilffuktoza;
  • ffuktozilqlikoza, rafmoza, maltoza karbohidratları;
  • malin, yantar, fumar qliserin;
  • alma, limon, üzvi turşular;
  • C, P, karotin, 11,1-11,8% piyli yağ və s.

 Bu bitkinin preparatlarından aşağıda qeyd edilən xəstəliklərin müalicəsində Amerika ölkəsində istifadə edilir:

  • dolamada;
  • sulu sarğı qoyulmasında;
  • mazından kanseroqen əleyhinə;
  • qadın xəstəliklərində;
  • kapilyar damarların möhkəmləndirilməsində;
  • tonusun artırılmasında;
  • ağrının kəsilməsində;
  • zəhərlənmədə;
  • orqanizmin müqavimətinin artırılmasında;
  • cövhərindən yaraların sağalmasında;
  • bronxial astmada;
  • dəmləməsindən sidik yolları xəstəliklərində;
  • soyuqdəymədə;
  • bəlğəmgətirici kimi;
  • baş gicəllənmələrində;
  • hamaşçiçəyinin sulu-spirtli cövhərindən epilepsiya;
  • qrija;
  • vərəm;
  • podaqra;
  • zəhərlənmə əleyhinə və s. xəstəlikləri.

! Almaniyada bu preparatlardan revmatizm və vəz şişlərində işlədilir.

Cavan gövdə və yarpaqlarından yüksək keyfiyyətli salat növləri hazırlanır. Başqırıstanda ağ yonca ispanaq əvəzi kimi yağda qızardılaraq ləziz iştahaçıcı qida kimi yeyilir. Ağ yoncanın yaşıl hissələrindən və çiçəklərindən yeyinti sənayesində xlorofil və flavanoidlərlə zəngin olan yaşıl və sarı rəngli boyaqlar hazırlanır.

Çəmən yoncası 

çəmən yonca bitkisi

Çəmən yoncasının, həmçinin, yerüstü hissəsinin və çiçəklərinin tərkibindən belə maddələr tapılmışdır:
  • kök, pratenzein gempferol;
  • formononetin, qenistein;
  • qaidzein, bioxanin;
  • kversetin, qeniskozin;
  • rotindin, ononin;
  • izoramnetin, izotrifolin;
  • pektolinadin, pratol;
  • trifolin, trifolitin;
  • pratoletin flavonoidləri;
  • peonidin, delfinidin, petunidin;
  • malvidin antosianları;
  • sitosterin, 10%-ə qədər saponin;
  • C, B, E, K və karotin vitaminləri;
  • kumarin, nişasta, qlükoza;
  • maltaza, izomaltoza;
  • 18,6-24% həll olan şəkər;
  • 8%-ə qədər aşı maddəsi;
  • psevdokumoxinon, xinon;
  • qlükozid, psevdokumoxinon;
  • toluxnon, mum;
  • 0,28% efir yağı;
  • 6,8% lipid, və s.
Amerika və İngiltərədə yoncanın cövhərindən dəridə əmələ gələn xərçəngin müalicəsində yeni sarğı halında istifadə edilir. Sulu-spirtli qarışığı bu xəstəliklərə qarşı ətirli vannalar hazırlanır:
  • bəd xassəli şişlərin inkişafının qarşısının alınmasında;
  • kökündən hazırlanmış cövhəri qrija;
  • soyuqdəymə, şiş əleyhinə;
  • yerüstü hissəsindən alınan preparatlar baş ağrılarında;
  • baş gicəllənməsində, antiseptik;
  • raxit, bronxial astma, qanazlığında;
  • qadın xəstəliklərində, şirəsi isə xanazır;
  • ateroskleroz əleyhinə işlədilir;
  • sinə və ödqovucu…

Yonca bitkinin digər üstünlükləri

yonca bitkisi

  1. Qaraçay-Çərkəz vilayətində çəmən yoncasının suluspirtli cövhərindən vərəm, qadın xəstəlikləri, qrija, Komi vilayətində cövhərindən hipertoniya, baş ağrısında və s. xəstəliklərin müalicəsində istifadə edilir. 
  2. Bitki çiçəkləyən zaman başcıqlarını toplayır, xəstə adamlara çay kimi içirdirlər. Onun kiçik hissələrə doğranmış başcıqlarından şorbaların tərkibinə daxil edirlər.
  3. Cavan yarpaqlarını salatlar, tərəvəz bitkiləri, kartof, doğranmış çuğundur, bişirilmiş yumurtanın tərkibinə əlavə edərək həvəslə yeyirlər. Yoncadan hazırlanmış salatların tərkibinə sirkə və yaxud xardal şirəsi əlavə edirlər. 
  4. Qırğız xalqı bitkinin cavan yarpaqlarını toplayıb, qoyun quyruğundan hazırlanmış xörək və kabablara qatırlar. 
  5. Yerli adamların dediyinə görə, ağır əməkdən sonra orqanizmi əvvəlki vəziyyətinə qaytarmaq üçün çəmən yoncası yarpağı əlavə edilmiş xörəklərdən istifadə olunur.
  6. Bundan əlavə, onun yarpaq və başcığını toplayır, qurudulmuş və yaxud turşuya qoyulmuş halda qış aylarına saxlayıb xörəklərin  yanında süfrəyə verirlər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!