Yumurta ağının heç eşitmədiyiniz faydaları
Yumurta yemək sağlam qidalanmaq üçün vacib qidalardan biridir. Bəs yumurta ağının sağlamlığınıza möcüzəvi faydalar verdiyini bilirdinizmi?Agroexpert.az məhz yumurta ağının daha əvvəl heç eşitmədiyiniz faydalarını təqdim edir.
Yumurta ana südündən sonra səhiyyəmizə ən çox fayda verən qidalar arasında yer alır. Yumurtanın sarısının yanında da ağının da sağlamlığımıza inanılmaz faydalar verir.

Yumurtanın ağı, yağsız ət, ev heyvanları əti və balığın olduğu sıralamada zülal qaynağı ən yüksək olanlardan biridir.
Tam bir yumurtanın yarısının sahib olduğu 6 qram zülalın yarısından çoxu yumurtanın ağından gəlir.
Yumurta a]ı albumin kimi tanınır. Yumurta ağında yer alan albumin miqdarı, zülal qaynağı olması baxımından bədəndəki viruslarla mübarizə aparmağa kömək edir.
Gənclik iksiri
Yumurta ağı, yüksək zülal tərkibi sayəsində məsamələri sıxlaşdırmağa köməkçi olur, dəridəki qırışıqlıqların aradan qaldırır. Eyni zamanda yağlı dəri probleminə qarşı tapılmaz bir nemətdir.
Zülal baxımından zəngin olan yumurta ağı, qırışları olan şəxslər üçün tövsiyə edilir. Yumurta ağı ilə hazırlanılan maskalar dərinin elastikliyini qoruyur və dərinı sıxılaşdırır. Akne, sızanaqlardan və izlərdən xilas olmaq istəyənlər yumurta ağını dərilərinə həftədə bir gün tətbiq etməlidir. Sadə olaraq yumurta ağını çəngəllə çalıb köpük konsistensiyasına gəldikdən sonra dəriyə tətbiq edə bilərsiniz.
Dəridə olan yağ nisbətini bərabərləşdirib, mümkün qədər qara nöqtələrin aradan qaldırılmasında yumurta ağı faydalıdır. Eyni zamanda yanıq müalicəsində və ya yanıq izlərinin aradan qaldırılmasında də istifadə edilə bilər. Yaşın irəliləməsi ilə birlikdə görülməyə başlayan geniş məsamələrin və xırda izlərin bağlanması üçün yumurta ağına üstünlük verilməlidir.
Xərçəngdən qoruyur
İçərisində B vitamini və zülal biraz çox olduğundan orqanizmin immunitet sistemini dəstəkləməsi baxımından əhəmiyyətlidir.
Eyni zamanda içərisində bol selen saxladığına görə də müxtəlif xərçəng növlərinin də orqanizmdən uzaq durmasına köməkçi olur.