Yumurtada “D” vitaminini artırmaq üçün yeni üsul

Quşların ultrabənövşəyi işığa məruz qalması yumurtalarda D vitaminini artırır. D vitamini isə sümük zəifliyindən əziyyət çəkən insanlara kömək edə bilər.

Buna görə də mütəxəssislər yumurta tərkibindəki D vitaminini artırmaq üçün yeni bir üsula əl atıblar.

Almaniyanın Martin Luther Universitetinin (MLU) dietoloqları və kənd təsərrüfatı alimləri “Quşçuluq Elmi” jurnalında dərc edilən nəticələrin dərhal quş evlərində tətbiq oluna biləcəyini söyləyirlər.

Bir çox insan zəif sümüklər ilə birlikdə tənəffüs xəstəliyinin artmasına da səbəb ola biləcək D vitamini çatışmazlığından əziyyət çəkir.

Yaz aylarında insanlar gündəlik D vitamini ehtiyaclarının 90% -ni müstəqil şəkildə təmin edə bilirlər. Çünki bu vitamin təbii olaraq günəş işığının təsiri altında dəridə əmələ gəlir. Yağlı balıq və ya yumurta kimi qidaların tərkibində də çox miqdarda D vitamini olur.

Ancaq qışda günəş işığının olmaması və qeyri-kafi bir pəhriz il ərzində kifayət qədər miqdarda D vitamini qəbuluna mane olur. Bu da tədqiqatçıları qida tərkibindəki vitamin miqdarının artmasına diqqət yetirməyə vadar edib.

MLU qidalanma mütəxəssisi doktor Julia Kun deyir ki, onların quşçuluq evlərində ultrabənövşəyi lampaların istifadəsi ilə yumurtalarda D vitamininin miqdarını artırmaq idi.

yumurtanın dezinfeksiyası
İlkin təcrübələrdə alimlər toyuqların ultrabənövşəyi radiasiyaya məruz qalmasının bu məsələdə uğurlu addım olduğunu sübut edə bildilər.

Müxtəlif toyuq cinslərinin saxlanıldığı iki təsərrüfat, gün ərzində fərqli lampalar və fərqli məruz qalma müddətləri ilə yeni təcrübədə iştirak etdi.

Elm adamları eksperimetn dönəmində sadəcə yumurtalarda D vitamini məzmununu daim təhlil etməklə kifayətlənmədilər. Onlar eyni zamanda ultrabənövşəyi işığın quşlara təsirini də analiz etdilər

MLU-nun heyvandarlıq üzrə mütəxəssisi, professor Eberhard fon Borell deyir ki, insanlar ultrabənövşəyi işığı görə bilməsə də, toyuqlar görür. Buna görə işıqlandırma rejimi quşçuluq təsərrüfatında vacib bir cəhətdir, çünki işıq toyuqların davranışına və fəaliyyətinə təsir göstərir.

İşçilər video yazılardan istifadə edərək heyvanların davranışlarını təhlil etdilər, həmçinin aktivlik və aqressivlik potensiallarını sınadılar.

Nəticələr göstərdi ki, gün ərzində altı saat ultrabənövşəyi işığa məruz qaldıqdan sonra yumurta tərkibindəki D vitamini “Loman White” cinsindən olan toyuqlarının yumurtalarında 3,7 dəfə, “Loman Braun” toyuqlarının yumurtalarında isə 4,2 dəfə artdı. Bu dəyər sonrakı həftələrdə eyni qaldı.

Əlavə ultrabənövşəyi şüalar toyuqlar üçün heç bir problem yaratmadı. Onlar lampalar olan ərazidən qaçmadılar və həmişəki kimi davrandılar.

Alimlər bu metodun praktik şəraitdə də işə yarayacağı qənaətinə gəldilər. Bu da insanları D vitamini ilə təmin etməkdə önəmli bir addım olacaqdır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673