Yumurtalıq toyuq biznesi

toyuq biznesiDünya əhalisinin artması, ümumilikdə rifah səviyyəsinin yüksəlməsi ərzaq məhsullarına tələbi həm artırır, həm orqanik olmasını gərəktirir. Statistikalara güvənsək, orta gəlirli əhali kontingenti daha çoxdur. Bu isə ətə, yumurtaya, süd məhsullarına tələbin artan tendensiyası deməkdir. Bax elə təkcə bu nüans göstərir ki, aqrosektor önəmlidir.

Ona görə kim yumurta, süd məhsulu, ət (mal, quş, balıq) istehsalına girişərsə hər zaman qazanacaq. Arzumuz da budur ki, insanımız istehsal edən olsun, təkcə istehlakçı yox. İlk öncə yerli tələbi qarşılayıb, sonra dünya miqyaslı şirkətə çevrilsinlər. Bu məqalədə yumurtalıq toyuq biznesi haqqında qısa biznes plan təsvir edəcəyik. Bu elə biznesdir ki, yemi hazır alsanız belə bu iş 100% rentabellidir.

Yumurta və toyuq əti çox tələb olunan məhsullardır. Kənd yumurtası isə özəl və orqanik üründür. Bunun yanında toyuq saxlamaq o qədər də çətin iş deyil, biraz xəstəliklərə qarşı dözümsüzdür. Yerlərini isti etsəniz il ərzində 250-300 yumurta əldə edəcəyiniz toyuq cinsləri mövcuddur. Bu cinslərdən Ağ Loman və Leqqorn məşhurdur. Mən leqqorn saxlamışdım, biraz təcrübəsizlikdən əziyyət çəkdim və davam etdirə bilmədim. Amma çox sərfəli işdir. Əgər həyətyanı sahəniz varsa, bu altda yazacağım sxemi yoxlaya bilərsiniz.

İlk öncə 20 yumurtlayan toyuq əldə etmək lazımdır. Bunu cücədən böyütmək daha sərf edər, mayanızı yemə xərcləyin. Toyuq cinsini düzgün seçmək çox önəmlidir, məsləhətim Kuçinskaya yubileyni,  Ağ loman, Loman Braun vəya leqqorndur. Yerli toyuqlar il boyu 80-100 yumurta verir, bu toyuqlar isə 250-300. 20 toyuğun yemi 5 ay ərzində 300 kq-dır, bu isə indiki qiymətlərlə 300kq x 33qəp=100 Azn edir. İllik yem xərciniz 250 Azn edəcək. Bu xərci yemi özünüz hazırladığınız durumda 20-30 % azaltmaq olar. İstənilən halda yem tədarükünü sezonda (oktyabra kimi) edin. Yoxsa qış sezonunda bu iş sizə zərərli görsənəcək. İstilik xərci, yem ikiqat baha, yumurta verimi az…

İndi gəliri hesablayaq. İstiliyi, havalandırmanı və yemi düzgün etsəniz 20 toyuq il boyu 250-300 yumurta verəcək inşallah. İstilik 17 dərəcədən aşağı düşdükdə yumurtaverimi aşağı düşür. Həmçinin havalandırma və yemləmə də önəmlidir. Məsələn yumurta verən toyuqlar kalsiuma və ota çox ehtiyac duyurlar. Deməli, 20 toyuq il boyu 5000-6000 ədəd yumurta verəcək. 25 qəpikdən bu bir il ərzində 1200-1500 Azn deməkdir. Yuxarıdakı yem və istilik xərcini çıxsaq, 20 toyuq bizi il boyu 1000-1200 azn qazanc, yumurta və ət ilə təmin edəcək.

Düzdür, birdən varlanmaq istəyən insanımız üçün bu rəqəm kiçikdir. 😉 Amma toyuq biznesi on, yüz, min dəfə böyük miqyasda edib daha çox gəlir əldə etmək mümkündür.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!