Yumurtalıq toyuq-hansı ən yaxşıdır

Nə qədər qeyri-adi aqro biznes istiqamətləri inkişaf etsə də, ənənəvi biznes formaları hər zaman ən yaxşısıdır. Ət, yumurta, süd istehsalı əsas istehlak olunan məhsullardır və olacaq da. Bu yazıda yumurtalıq toyuq cinsləri haqqında araşdırma edəcəyik. Bir başqa məqaləmizdə ümumi toyuq cinsləri haqqında müqayisəli təhlil aparılmışdır.  Əsas yumurtalıq toyuq cinsləri kimi loman braun, kuçinskaya, amroks, leqqorn, xaysek braun saymaq olar.

Ferma Azərbaycan adlı fermer dostumuzun tövsiyyəsi ilə məqaləni bir balaca edit elədik. Expertin təklifi ilə Yubileyniy koçinskaya və Amroks toyuqlarını da məqaləmizə əlavə elədim. Yumurtaları kənd yumurtası kimi olur. Mən də onunla razılaşıram, çünki özüm leqqorn saxlamışam. Yumurtası sənaye yumurtasına oxşayırdı. Məqaləyə bu toyuq cinsləri haqqında da qeydlər artırdım.

yumurtalıq toyuqYubileyni Kuçinskaya cinsi hələ sovet dövründə seleksiya üsulu ilə əldə edilib. Öz əcnəbi əcdadlarından ən gözəl xüsusiyyətləri götürüb: Ətlik-yumurtalıq istiqamətdir, cücəsi dözümlüdür, ət çıxımı yüksəkdir. Bir günlük cücənin cinsini təyin etmək olur (tükün rənginə görə). Çəkisi 2-3,8 kq-a kimi çata bilir. İldə 180-250 yumurta verir, yumurtası ortalama 60 qram olur.  Ətraflı bu məqalədə oxuyun.

 

Amroks toyuq cinsi

Amroks toyuq cinsini yeni başlayanlar da saxlaya bilər. Adətən 5 aylıq ikən yumurta verməyə başlayırlar və ildə 200 ətrafı yumurta verirlər. Yumurtaların rəngi qırmızı-qəhvəyi olur. Ət verimi çox yüksəkdir və dadı ləzzətli, zərifdir. Xəstəliklərə dözümlüdürlər. Soyuqdan qorxmurlar. Çəkisi 2-3,6 kq olur. Sakit heyvanlardırlar. Yaxşı da kürd yatırlar.  Ətraflı bu məqalədə oxuyun.

 

Image result for Ломан БраунLoman braun yumurtalıq toyuq cinsi: il ərzində 300-320 yumurta verə bilir. Artıq 135 günündə yumurta verməyə başlayırlar. İntensiv yumurtaverimi 80 həftə davam edir. Yumurta 63 q, rəngi çəhrayı olur. İntensiv yumurta vermə dönəmi bitdikdən sonra adətən toyuqları saxlamaq sərf etmi və kəsimə göndərilir. Dözümlü cinsdir.

 

Image result for leghorn chickenLeqqornlardan ən tələb olunanı ağ leqornlardır. Çəkisi 2-2.7 kq olur. 17-18 həftəliklərində yumurtlamağa başlayırlar. İntensiv yumurtaqoyma dönəmində 220-300 yumurta verə bilirlər. Yumurtaları ağ olur, 55-58 q çəkisi olur. İlk ilində çox verimli olur, sonralar məhsuldarlığı düşür. Cücə çıxışı yüksəkdir.

 

 

agroexpert_toyuq

Xaysek braun cinsi ağ leqqornun hibridi sayılır. Ən yaxşı yumurta verən cins sayılır. Yumurta vermə dönəmi 80 həftədir. İl ərzində 280-360 yumurta verə bilir. (Bu çox böyük göstəricidir) Yumurtalar böyük 63-70 q və az xolestrinli olur. Demək olar ki, bir çox fermerlər bu cinsə üstünlük verir.

 

Daha çox cinslər haqqında yazmaq olar. Amma düşünürəm ən populyarları kifayət edər. Burda bəzi detalları da gələcəkdə qeyd edəcəm, məsələn ağ leqqornun əti rezin kimi olur. Ayaq üstə yumurtlayırlar, xoruzları döyürlər və sair…

 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

17 thoughts on “Yumurtalıq toyuq-hansı ən yaxşıdır

  • Pingback:Toyuqlar niyə yumurtlamır – AgroExpert

  • March 11, 2018 at 11:29 pm
    Permalink

    Ətraflı məlumatlara görə çox təşəkkür edirəm. İşlərinizdə uğurlar.

    Reply
  • Pingback:Yumurtalıq toyuq-hansı ən yaxşıdır – AgroExpert

  • April 20, 2018 at 10:18 pm
    Permalink

    bu toyuqlari hardan ele ede bilerik?

    Reply
    • April 20, 2018 at 10:26 pm
      Permalink

      lohman braun toyuqlarini bir nece vaxtdir ki axtariram ancaq elde ede bilmirem.bu haqda melumati olan varsa comeylik gostermeyinizi xaiw edirem
      ADMIN sizdende xaiw edirem ki mene komeylik edesiz.eledeniz @mail.ru mail adresim evvelceden tesekkurler))

      Reply
    • April 20, 2018 at 10:31 pm
      Permalink

      Eldəniz bəy, fikir vermisinizsə məqaləni edit etmişəm. Səbəbi bəzi ekspertlərin fərqli cinsləri israrla tövsiyyə etməsidir. Məsələn, kuçinskaya və amroks tapmaqda yardımçı ola bilərəm.
      Loman braun da kömək etmək olar. Amma şəxsən mənim imkanım olan kimi kuçinskaya alacam. Amroks almaq istəyirdim, yumurtası çox bahadır.

      Reply
    • April 20, 2018 at 10:56 pm
      Permalink

      lohman braun toyuqlarini bir nece vaxtdir ki axtariram ancaq elde ede bilmirem.bu haqda melumati olan varsa comeylik gostermeyinizi xaiw edirem
      ADMIN sizdende xaiw edirem ki mene komeylik edesiz.eledeniz @mail.ru mail adresim evvelceden tesekkurler))

      Reply
  • April 20, 2018 at 10:32 pm
    Permalink

    Başqa toyuq cinsi də var o da çox təriflənir. Həm yumurtalıq həm ətlik istiqamətdir.

    Reply
  • May 25, 2018 at 12:45 pm
    Permalink

    Məqalə üçün təşəkkürlər. Öz təcrübəmdən qeyd edim ki, lohman braun krossları xüsusi baxım tələb edir. Yumurta verimi çox yüksəkdir. Amma yumurta verməyə başlayan andan 1,6 il sonra yumurta verimi azalır. Əsas problem qışda başlayır. Bu krosslar yaxşı baxım (temperatur, yem və s) tələb edirlər. Kiçik təsərrüfatımda həm serebrist, həm amroks, həm də lohman braun var. Temperatur qışda 10 selsi dərəcədən aşağı olmayıb. Təsəvvür edin ki, 20-ə yaxın lohman braun krossı öldü. Bütün toyuqlar eyni yerdə və eyni şəraitdə saxlanır. Həm də qeyd edim ki, lohman braun krosslarının yumurtası kənd toyuğu kimi dadlı deyil. Mən serebrist, amroks saxlamağı tövsiyyə edərdim. Həm dözümlü, həm yumurta verimi yaxşı.

    Reply
    • May 25, 2018 at 1:50 pm
      Permalink

      Sizin tövsiyyə məqalə qədər faydalı oldu. Təşəkkür edirik. Hərkəs sizin kimi təcrübələrin paylaşsa millətimiz istifadə edər.

      Reply
  • October 10, 2018 at 12:37 pm
    Permalink

    Serebrist toyuqlari nece hefteliyinde yumurtlamaga baslayir ve illik nece yumurta verir? Bu novun musbet menfi cehetleri hansilardir?Nece toyuga 1 sorus yeterlidir?Önceden teşekkürler

    Reply
    • October 10, 2018 at 11:12 pm
      Permalink

      Əslində 4-5 ayında başlayır yumurta vermıyə ama bu yaxşı deyil. 6 ayında yumurtaya düşür ildə 200 yumurta verir

      Reply
    • November 1, 2018 at 7:49 am
      Permalink

      Serebrist 4-5 ayında başlayır yumurtamağa, ama siz qoymayın. Qoy 5-6 ayında başlasın ki sağlam olsunlar. İldə 150-200 verir ən azı. Mayalı yumurta satmaq istirsiz ki xoruz sorusursuz? Belə 15 toyuöa bir xoruz

      Reply
  • November 2, 2018 at 3:44 pm
    Permalink

    Salam doslar men yumurtaliq toyuq saxlamaq isdeyirem mene
    komek Edin hansi sort toyuq meslehedidir

    Reply
    • November 3, 2018 at 12:07 am
      Permalink

      Salam qardaş. Kuçin saxla yubileyni. Ən sərfəlisidi

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!