Quşlar

Yumurtalıq toyuqların saxlanma qaydaları

Bu məqalədə toyuqların saxlanma qaydaları ilə tanış olacayıq. Yumurtlayan toyuqlar üçün yer, hin tikərkən aşağıdakı nüansları mütləq nəzərə alın:

toyuqların saxlanma qaydaları
  • Tempratur rejimi
  • Hinin ölçüsü
  • Havalandırma
  • İşıqlandırma
  • Yuva və oturacaq
  • Yem və su qabları.

Toyuqların saxlanma qaydaları

Tempratur -2°-dən aşağı düşsə toyuqlar donar, çox yeyər və yumurta verməz. +27°-dən çox olduqda isə iştah küsür və yumurtanın qabığı çox nazik olur. Toyuqların yaxşı yumurtlaması üçün ən optimal temperatur +17° hesab edilir.

Hinin ölçüləri: Hin 1 toyuğa 0,2 m² olmaqla hesablanır. Yəni 100 toyuq üçün ən azı 20-30 m² hin olmalıdır. Yeri taxtadan vəya gildən olsa yaxşıdır. Hündürlüyü 1,8 m-dən çox etməyin ki, qışda qızdırmaq çətin olmasın.

Havalandırma: Ən sadə havalandırma vasitəsi nəfəslikdir (pəncərə). Hində optimal nəmişlik 60-70% olmalıdır və qətiyyən yel çəkməməlidir. Bütün quşlar nəmiş və yeli sevmir.

İşıqlandırma: Yumurtlayan toyuqlar işıqlandırma tələb edir, ona görə hində (fermada) pəncərələr qoyun. İşıqlandırma sistemi çəkin, çünki yumurtlama dönəmində toyuq 12 saat işıq istəyir.

Ayaqaltı: Hinin döşəməsi quru yarpaq, saman, taxta qırıntıları (“opilka”) vəya buna bənzər materiallarla örtülməlidir. Elə örtük tapın ki, toyuq onu yedikdə mədəsini pozmasın. Ayaqaltına atılan bu töküntülər toyuq peyinindəki nəmi udur və tempraturu qoruyub saxlayır.

Насест для кур

Yuva və oturacaqlar: Hində mütləq yumurtlamaq üçün yuvalar və oturacaqlar düzəldin. Oturacaqlar 2-3 sm-lik ağaclardan düzəldilib, hində yel çəkməyən, pəncərəyə qarşı 1 m hündürlüyündə qoyulur. Hər toyuğa 20 sm oturacaqda yer hesablayın.

Yuva belə hesablanır: 5-6 toyuğa 1-2 yuva qoyulur. Yuva kimi 35x30x30sm yeşiklər istifadə olunur. Yuvaya saman vəya ot yığa bilərsiniz. Çirkləndikcə dəyişin. Yuvanın qabağına 5 sm-lik kandar qoyulur. Yay sonunda hin desinfeksiya edilməlidir.

Yem və su qabları: Hər quşa 10-15 sm yem qabı hesablanır. Taxtadan və ya dəmirdən düzəldilir. Yem qabını tam doldurmayın ki, yerə çox tökməsinlər. Su qabı dözümlü və istifadəsi rahat olsun. Suqabında su təmiz olsun.

Yemləmə.

Yumurtlayan toyuqlar gündə 2 dəfə yemlənir. Əsas yem doğranmış buğdadır, çünki buğda maddələr mübadiləsini sürətləndirir. Həmçinin yemin tərkibində zülal əlavələri də olmalıdır. Nəm qarışıq verəcəksinizsə elə edin ki 30-40 dəq ərzində yeyilib bitsin, yoxsa turşuluq artacaq ki, bu da quşlara zərərlidir.

Əlavə toyuqların saxlanma qaydaları ilə bağlı bu məqaləni də oxumağınızı tövsiyyə edirik.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!