Yumurtalıq toyuqların seçimi

agroexpert_toyuqToyuq saxlamaq sərfəli işdir. Toyuq ferması qurub pul qazanan biznesmenlər də az deyil. Amma toyuq biznesinə başlamaq üçün mütləq yaxşı seleksiya aparmaq lazımdır. Normal toyuq il boyu 200-ə yaxın yumurta verir. Toyuq alarkən tanışlardan alın, təcrübəli insanlarla məsləhətləşin. Ən yaxşısı 17 həftəlik toyuqları almaqdır. Fırıldaqçılar sizə verimi düşmüş yaşlı toyuq sırımasın. Toyuqlar ilk ilində çox yumurta verir, sonrakı il bu 15-20% azalır. Ona görə fermalarda toyuqları 1, ev təsərrüfarında isə 3 il saxlayırlar. Yaxşı yumurtalıq toyuqları tanımaq və seçmək üçün bir neçə qayda mövcuddur.

  1. Davranışına görə: Yaxşı yumurtlayan toyuq -aktivdir, həvəslə axşama kimi gəzişir, torpaqda eşələnir, yem qabına qaçaraq gəlir. Zəif toyuq isə hindən çox aralanmır, hamıdan tez oturacağa dırmaşır.
  2. Xarici görünüşünə görə: Verimli dönəmdə yaxşı toyuğun isti və hamar pipiyi olur, dimdiyi isə qısa və möhkəm olur. Yaxşı inkişaf etməmiş, quru və soyuq pipik, həddən artıq rəngli ayaqlar-pis yumurtaveriminin ilkin əlamətləridir.
  3. Fizioloji göstəricilərinə görə: Bunlardan biri çanaq sümükləri arasındakı məsafədir. Verimli toyuqlarda bu 4 barmaq (6 sm), zəif toyuqlarda isə daha az olur. Böyük və yumşaq qarın da yumurta verimi yaxşı olan toyuğun əlamətləridir.

Təcrübəniz azdırsa, xoşunuza gəlməyən toyuğu həmən  kəsməyin. Bir müddət onu müşahidə altında tutun. Daha sonra qərar verərsiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

2 thoughts on “Yumurtalıq toyuqların seçimi

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!