Yumurtanın dezinfeksiyası

yumurtanın dezinfeksiyası

Yumurtanın dezinfeksiyası

Saxlanmış yumurtaları inkubatora qoymadan əvvəl mütləq xüsusi kamerada və ya ayrıca binada formalda buxarı ilə dezinfeksiya edilir. Dezinfeksiya infeksion xəstəliklərin yayılmasının qarşısını alır. 1m3 sahəsi olan kameraya 30 ml formalin, 20 ml su və 20 qr kalium marqans (K2MnO5) tələb olunur.  

Dezinfeksiya hansı qaydada aparılmalıdır?

Dezinfeksiya qurunəmli  formada aparılır:

  • Quru dezinfeksiya formaldehid və ya ozonla xüsusi dezkamerada 30 dəqiqə müddətində, yumurta inkubasiya olunana qədər 2 dəfə aparılır. Birinci dəfə yumurta yığılarkən 2 saat müddətinə aparılır. Burada məqsəd infeksiyanın yumurtanın daxilinə girib, təsərrüfatda yayılmasının qarşısını almaqdır. İkinci dəfə yumurta lotoklara yığıldıqdan sonra aparılır.yumurtanın dezinfeksiyası
  • Nəm dezinfeksiya. Bu növ dezinfeksiya əsasən yumurtanın qabığındakı çirki təmizləmək üçündür. Bu zaman dezinfeksiya üçün 0,5-1,0%-li xloramin məhlulu, 0,2-0,5%-li dezoksin məhlulu və ya 1,0-1,5%-li hidrogen peroksid məhlulundan istifadə olunur. Nəm dezinfeksiya üçün yumurtayuyan M-4M, ƏMU-dən də istifadə etmək olar. 

Yumurtanın inkubasiya keyfiyyətini artırmaq üçün digər üsullardan da istifadə etmək olar.

 

 

Mənbə

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!