Yumurtanın inkubasiya üçün yararlılığı

Yumurtanın inkubasiya üçün yararlılığı

Yumurta xarici görünüşünə, çəkisinə və s. göstəricilərinə görə qiymətləndirilir. İnkubasiya üçün ayrılmış yumurta hamar qabığa və düz formaya malik olmalıdır.

agroexpert_az İnkubasiya üçün

İnkubasiya üçün çox xırda və iri, həddən çox sivri uzunsov və çox dəyirmi, qabığında nöqsan olan, ət və qan törəmələri olan, kiflə yoluxmuş, hərəkətli hava kamerası olan yumurtalar yararsız hesab edilir. Yumurtanın çəkisinə görə toyuq yumurtası 55-60 qr, ördəyinki 80-90 qr, hinduşqa 80-90 qr, qaz yumurtası 160-180 qr və firəng toyuğu yumurtası 35-45 qr çəkidə olmalıdır.

İnkubasiya üçün ən düzgün qiymətləndirmə ovoskopla işıqlandırma üsuludur (CMY). Bu zaman yumurtanın sarısının vəziyyəti və hərəkətliliyinə fikir verilir. Normal yumurtada sarı yumurtanın mərkəzində və ya azca hava kamerasına yaxın mövqedə durur.

Yumurtanın inkubasiya keyfiyyətinə yumurta sarısında olan vitaminlərin miqdarı və yumurtanın indeksi də təsir edir. Belə ki, yumurtanın tərkibində vitaminlərin miqdarını təyin etmək üçün hər partiyadan 10 ədəd yumurta seçilib öyrənilir. 1 qr toyuq yumurtası sarısında 6-9 və 18-20 mkq, ördək yumurtası sarısında 10-20 mkq, qaz yumurtası sarısında 12-20 və 18-20 vitamin olmalıdır. 1 qr yumurta sarısında B2 vitamini 4 mkq olmalıdır. 

Bununla yanaşı sarının indeksini də təyin edirlər.agroexpert_az_yumurtaların-inkubaciyası

Yumurtanın indeksi, yumurtanın uzunluq ölçüsünün eninə olan nisbətinə deyilir. Toyuq yumurtasının indeksi 73-80 %, hinduşqa yumurtasının indeksi 70-75 %, ördək yumur-tasının indeksi 65-70 %, qaz yumurtasının indeksi 63-70 %, firəng toyuqlarının yumurtasının indeksi isə 75-80 % olmalıdır.

Əlavə olaraq bu məqalədə də bildirçin yumurtalarının inkubakor üçün yararlığı haqqında ətraflı oxuya bilərsiniz.  http://www.agroexpert.az/bildircin-yumurtalarinin-inkubasiya-keyfiyyeti/

Mənbə

 

0 thoughts on “Yumurtanın inkubasiya üçün yararlılığı

  • Dekabr 6, 2017 at 3:30 axşam
    Permalink

    cox saq olun bu melumata gore

    Reply
    • Dekabr 8, 2017 at 1:35 axşam
      Permalink

      Buyurun. Dəyməz.

      Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107