Yumurtanın təzəliyini müəyyənləşdirmək üçün TEST

Yumurta, ana südündən sonra ən keyfiyyətli zülaldır. Belə ki, yumurta istifadə etmək bədənin ehtiyacı olan zülalı təmin etmək üçün əhəmiyyətlidir. Bəs yumurtanın təzə olduğunu necə bilmək olar? Agroexpert.az yumurtanın təzə olduğunun müəyyənləşdirməyin qaydalarını təqdim edir.

Yumurtanın təzə olub-olmadığını necə bilmək olar?

-Onların təzə olub-olmadığını bilmək üçün bir stəkana su tökün. Yumurtaları suya buraxın. Yumurtalar suyun dibinə çökürsə demək yumurta təzədir. Əgər suyun üzərində yarı-üfüqi mövqedə dayanırsa 7-10 günlükdür. Yumurta düz suda üzürsə yumurtalarınız köhnədir və onları istifadə etməmənizi tövsiyə edirik.

-Yumurtanın təzə və köhnə olduğunu bilməyin digər bir yolu isə yumurtanı bir qaba sındırmaqdır. Təzə yumurta sındırıldıqda sarısı dağılmaz və rəngi parlaq sarı, axıcılığı yerində olmalıdır. Köhnə yumurta isə sındırıldıqda sarısı dağılır.

yumurtanın köhnə olduğunu necə bilməli

-Digər bir üsul isə yumurtanı duzlu suya qoymaqdır. Duzlu suda yumurta batırsa deməli təzədir, batmırsa köhnədir.

Köhnə yumurta insanı zəhərləyə bilərmi?

Bəzən zəhərləməyə bilər, ancaq orqanizmdə bəzi narahatlıqlara səbəb ola bilər (qusma, bulantı və s.). Bunun üçün köhnə yumurtanı istifadə etməməyinizi tövsiyyə edirik.

Yumurta alarkən diqqətli olaq!

Yumurtayla bağlı digər məqalələr üçün bu bölməyə baxa bilərsiniz.

Müəllif: Aysel Selcan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!