Zaqatalada arıçılara subsidiya veriləcək

“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” ölkə başçısının 2018-ci il 5 mart tarixli Sərəncamının icra olunur. Bu səbəblə bu il Zaqatala rayonunda arıçılıqla məşğul olan 1250 arıçıya saxladıqları 28 min 825 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına subsidiya veriləcək.

Hər arı ailəsinə 10 manat hesabı ilə 288 min 250 manat subsidiyanın verilməsi nəzərdə tutulur.

Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun məsləhətçisi Rasul Razaqov bildirib ki,

arı ailələri identifikasiya kodu ilə təmin edilib və müvafiq sənədlər baxılmaq üçün Respublika Komissiyasına təqdim olunub. Yaxın vaxtlarda arıçılara subsidiyanın ödənilməsinə başlanılacaq.Xatırladaq ki, ötən il

Zaqatala rayonu üzrə arıçılıqla məşğul olan 1190 nəfərə saxladıqları 29 min 113 arı ailəsinə görə dövlət büdcəsinin vəsaiti hesabına 291 min 130 manat subsidiya ödənilmişdi.

Mənbə

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!