Zəhərli “bombalar” – GMO məhsullar

Bəzən yediyimiz meyvə-tərəvəzdən özünə xas olmayan qoxu, dad gəlir və ya heç bir dad hiss olunmur. Çünki o GMO məhsuludur. GMO və ya GDO kimi qısaltmalar genetik modifikasiya olunmuş və ya geni dəyişdirilmiş orqanizmlər deməkdir. GMO məhsullar…

geni dəyişdirilmiş məhsul-gmo məhsulBu cür məhsullar dünyada bir mənalı qarşılanmır. Onların ekologiya, insan sağlamlığına, iqtisadiyyata vurduğu zərərlər müzakirə və mübahisələrə səbəb olur. Lakin digər tərəfdən də bildirirlər ki, onların tamamilə ləğv olunması dünyada aclığın yaranmasına səbəb ola bilər. Məhz günü-gündən artan dünya əhalisini qida ilə təmin etməyin yolunu mütəxəssislər bitkilərin məhsuldarlığının artırılmasında gördülər. Yəni GMO məhsullar bir cümlə ilə ifadə olunsa:

Ərzaq bolluğunu təmin etmək üçün ətraf mühitə, xəstəliklərə dözümlü, geni dəyişdirilmiş qida məhsullarını yaratdılar. Gen mühəndisliyi yolu ilə əldə olunan, proqramlaşdırılmış bitkilər və heyvanlar yüksək məhsuldarlığa sahib olur. Bununla yanaşı həm də quraqlığa, soyuğa, pestisidlərə (kimyəvi birləşmələr), xəstəliklərə və s. davamlıdır.

Dünyada GMO təsirinə məruz qalmış əsas bitkilər:

Qarğıdalı; Soya; Pambıq; Kartof; Pomidor;  Raps; Düyü; Yonca; Şəkər çuğunduru; Tütün.

Əsas transgen məhsullar:

Ət məhsulları; Kolbasa və sosiskalar; Dondurma ; Uşaq qidaları; Makaron məmulatları.

GMO məhsulların əsas istehsalçı ölkələri:

ABŞ; Braziliya; Meksika; Argentina; Kanada; Hindistan; Çin; Paraqvay; Cənubi Afrika; Pakistan.

GMO istehsal edən ən məhşur şirkətlər:

Monsanto;
Bayer CropScience;
Syngenta Seeds;
Pioneer Hi-Bred International;
DOW AgroSciences LLC;
Agritope Inc;
Zeneca Seeds;
DuPont Canada Agricultral Products.

Milyardlar qazanan bu şirkətlərin bəzilərinin məhsulları bir çox ölkələrdə qəti şəkildə qadağan edilib.

Geni modifikasiya olunmuş, dəyişdirilmiş orqanizm nə deməkdir? 

GMO genetika mühəndisliyi metodlarından istifadə edərək genetik materiyalı dəyişdirilmiş orqanizmlərə verilən addır.

Transgen bitkilər yəni, ənənəvi bitki sortlarına digər canlı orqanizmlərdən təcrid edilmiş genin və ya genlərin köçürülməsi nəticəsində əldə olunmuş, genetikası dəyişdirilmiş, yeni xüsusiyyətli orqanizm bitkilərdir.

Bu orqanizmlərə bakteriya, virus, bitki, heyvan, hətta insan hüceyrəsi aid ola bilər. Yeni yaradılmış cinslər tamamilə süni olduğu üçün ətraf mühit və ekosistem üçün də zərərli sayılır. Burada məqsəd bir cinsdə olan xüsusiyyətin digər cinsə də verilməsidir. Çünki alınan yeni cins məhsul soyuğa, həşəratlara, gəmiricilərə, xəstəliklərə davamlı olur. Buna görə də məhsulda itki çox aşağı olur və eyni zamanda məhsuldarlıq da artır. Ancaq araşdırmalar zamanı bu cür məhsulların insan orqanizminə zərərli olması sübut olunub. Onlar insanlarda

sonsuzluq, allergiyalar, xərçəng, hormonal pozuqluq kimi xəstəliklər yaradır;

yoluxucu xəstəliklərin güclənməsinə, immun sisteminin aşağı düşməsinə 

səbəb olu. Həmçinin, bu məhsullar flora və faunaya, onlardakı proseslərin gedişinə mənfi təsir edir. Torpaq zəhərlənir, genetik zibillənmə meydana gəlir. Geni dəyişilmiş toxumların əkildiyi plantasiyalara yaxın ərazilərdə digər məhsullarda bar vermə qabiliyyəti aşağı düşür.

ABŞ bu cür məhsulların istehsalına başçılıq etdiyi üçün, bir çox Amerika alimi, Elmi Tədqiqat İnstitutu GMO məhsullar haqqında ziyansız, fəsadsız olduğunu, təbii məhsuldan fərqlənmədiyini iddia edir.

Diqqət:  Dünyada yetişdirilən soya bitkisinin 90%-dən çoxunun tərkibi dəyişdirilib. Quş yemlərinin tərkibində isə soya jmıxı olduğu müəyyən edilib.

Dünyada 30 dan çox ölkədə, həmçinin MDB ölkələrində geni dəyişdirilmiş məhsullar qadağan edilib ki, onlardan biri də Azərbaycandır. Azərbaycan Respublikasının ərazisinə genetik modifikasiya olunmuş bitkilərin, genetik materialların gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır. Yəni onların idxalı, ixracı, yayılması, ölkədə yetişdirilməsi qadağan olunub. Həmin şəxs(lər) 3 ildən 7 ilə qədər cinayət məsuliyyətinə cəlb olunacaq.

Bu məhsullara bir mənalı yanaşmayan Avropada isə satışlarına bir şərtlə icazə verilib.

geni dəyişdirilmiş pomidor-gmo məhsullar

Piştaxtada ekoloji təmiz məhsulla GMO məhsul yanaşı qoyulsun. Üzərlərinə təbii və ya GMO olduğu qeyd olunsun. Və əlbətdə ki, təbii məhsulun qiyməti iki dəfə bahalı olsun. Bundan sonra seçim alıcıya verilir.

Xatırladaq ki, GMO məhsullar ekoloji təmiz-təbii məhsuldan fərqləndirmək bir qədər çətindir, bəzənsə mümkünsüzdür. Lakin pomidorun içərisində aydınca hiss olunur. Qabıq ilə lətin arasında sərt saplar kimi təbəqə yaradan liflər onun təbii məhsul olmadığına açıq sübutdur.

One thought on “Zəhərli “bombalar” – GMO məhsullar

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!