Zəncəfilin faydaları və istifadə qaydaları

Zəncəfil faydalarına görə dünyanın ən dəyərli bitkilərindən sayılır.

Ötən məqaləmizdə Zəncəfil haqqında məlumat vermişdik. Lakin Koronavirusun yayılması ilə bu bitkiyə tələbat daha da artıb, çünki indi bir çoxlarına məlum olub ki, zəncəfil insan imunitetini gücləndirən bitkilərdəndi. Bu səbəblə bugünkü məqaləmizdə bu möcüzəvi bitki haqqında daha ətraflı məlumat təqdim edəcəyik.

Zəncəfilin ən çox soyuqdəymə, öskürək və qrip kimi xəstəliklərə faydalı olduğu bilinir. Xüsusilə tənəffüs və həzm sisteminlə faydalı olan zəncəfili bal ilə istehlak etmək tövsiyyə edilir.

Bu məqalədə sizə zəncəfilin faydaları və istifadə qaydaları haqqında danıçacağıq.

Zəncəfilin bütün faydaları hamıya məlum deyil. Bu bitki ağrıkəsici kimi də  istifadə oluna bilər. Xərçəng xəstəliyinə qarşı və digər infeksiyalara qarşı mübarizədə çox effektiv vasitədir. Həmçinin ürək-damar problemlərinin də dərmanıdır.

Gəlin zəncəfilin məlum olan faydaları ilə bir-bir tanış olaq:
zəncəfilin faydaları nələrdir?
  • 1. Mədə bulantısını aradan qaldırır.
  • 2. Həzm sistemindəki bağırsaqların dostudur.
  • 3. Ağrıkəsici xüsusiyyətlərə malikdir.
  • 4. Zəncəfil ürək və tənəffüs yolları üçün faydalıdır.
  • 5. İmmuniteti gücləndirir.
  • 6. Xərçənglə mübarizə aparır.
  • 7. Xolesterolun aşağı olmasına kömək edi.
  • 8. İnfeksiyalara qarşı təsirlidir.
  • 9. Alzeymer xəstəliyinin meydana gəlmə ehtimalını azaldır.
  • 10. Zəncəfil saç baxımı üçün də istifadə edilə bilər.
  • 11. Zəncəfilin afrodizyak təsiri var.
  • 12. Selülitə probleminin həll yollarından biridir.
  • 13. Tərkibində B6, kalsium, fosfor, natrium, kalium, maqnezium mineralları. Lizin, treonin, triptofan, valin və fenilanin kimi amin turşuları var.
  • 14. Qan dövranını normal vəziyyətə gətirməyə kömək edir. Xrom, sink və maqnezium tərkibi sayəsində həddindən artıq tərləmə, atəş və titrəmələrin qarşısını alır.
  • 15. İltihab əleyhinə təsirə malikdir.
  • 16. Antibakterial xüsusiyyəti ilə mikrobları öldürmək üçün istifadə olunur.
  • 17. Qan şəkəri və insulin səviyyələrini tarazlaşdıraraq insulin müqavimətini azaldır. Diabet (şəkər) xəstələrinin gündəlik yeməklərinə zəncəfil əlavə etmək tövsiyə olunur.
Zəncəfil necə istifadə olunmalıdır?

Zəncəfilin faydalarını bilməklə yanaşı, onu necə istifadə edəcəyimizi, necə istehlak etməməli olduğumuzu və nə qədər qəbul etməli olduğumuzu da bilməliyik. Zəncəfil bir neçə formaya malikdir. Toz halındakı zəncəfil ən çox istifadə olunandır. Ancaq mütəxəssislər tərəfindən gündə 2 qramdan çox istifadə olunmaması tövsiyə olunur.

Toz zəncəfildən başqa, xam kök zəncəfildən istifadə edə bilərsiniz. Onu yeməklərinizə və ya bir çox reseptə əlavə edə bilərsiniz. Meyvə şirələrinə əlavə olunan zəncəfil suyu da zəncəfilin başqa bir istifadə formasıdır. Zəncəfil yağı isə həm gündəlik nəmləndirici krem kimi, həm də masajlarda və xüsusilə soyuq havalarda isinmək üçün istifadə edə bilərsiniz. Zəncəfil acı dadına görə adətən bal ilə  qarışdırılaraq daha rahat istifadə olunur.

zəncəfilin faydaları nələrdir?
Bilməli olduğunuz bəzi vacib məqamlar:

Zəncəfilin faydası ilə yanaşı bəzi hallarda istifadəsi zərərli də ola bilər.

  • 1- Kəskin qoxusu mədə turşumasına səbəb ola bilər. Ritm pozuntusu, dəridə töküntü və depressiv təsir yarada bilər.
  • 2- Qan durultma təsiri olan zəncəfil, cərrahi əməliyyatlardan əvvəl istifadə edilməməlidir.
  • 3- Zəncəfil 2 yaşa qədər və 2 yaşdan kiçik uşaqlara verilməməlidir. Uşaqlar bundan istifadə etməlidirlərsə, tövsiyə olunan miqdar dozanın üçdə birini təşkil etməlidir.
  • 4- Qan durultma xüsusiyyətinə malik dərmanlarla birlikdə istehlak edilməməlidir.
  • 5- Zəncəfilin sarımsaq və soğan kimi, qan laxtalanmasının qarşısını aldığı araşdırmalar nəticəsində məlum oldu.
  • 6- Hamilə olanlar zəncəfil istehlakının miqdarına diqqət yetirməlidirlər. Zəncəfilin həddindən artıq istifadəsi bətndəki körpəyə çox böyük ziyan verə bilər. Hamilə olan və laktasiya edən qadınlar həkimindən məsləhət almadan zəncəfil istehlak etməməlidirlər. Gündəlik istifadə ediləcək doza 1,2 qram olaraq təyin olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!