Zeytun bağlarının salınması və qulluq qaydaları
Subtropik meyvələrdən ən əhəmiyyətlisi “Qurani-Kərim”- də adı dəfələrlə çəkilən zeytundur. Azərbaycanda zeytun yetişdirilməsi üçün əlverişli olan 5 subtropik bölgə var.

- 1. Abşeron yarımadası.
- 2. Gəncə bölgəsi (Gəncə, Şəmkir, Goranboy, Ağstafa).
- 3. Qarabağın düzənlik bölgəsi (Tər-Tər, Ağdam, Bərdə).
- 4. Şirvan bölgəsi (Ağsu, Göyçay, Ucar, Ağdaş)
- 5. Şərqi Kür- Araz bölgəsi ( Şirvan, Neftçala, Səlyan, Sabirabad).
Yuxarıda adları çəkilən bölgələr ən çox taxılçılıq, pambıqçılıq, üzümçülük, tərəvəzçilik, eləcədə heyvandarlıqla ixtisaslaşmışdır. Burada zeytunçuluğu inkişaf etdirmək üçün yeni zeytun plantasiyaları salınmalıdır. Bu işi əsas etibarilə yararsız torpaqlarda, rekultivasiya tələb edilən sahələrdə aparmaq məqsədə uğundur. Salınan yeni zeytun bağları yalnız 7-10 ildən sonra məhsul verməyə başlayacaqdır. Odur ki, bu işləri vaxtında aparılmalıdır.

Zeytun bağı salmaq üçün su və havanı yaxşı keçirən, qumsal, tərkibində 25%- ə qədər əhəng olan azacıq və ya orta dərəcədə gillicəli- mexaniki tərkibli torpaqlar ayrılmalıdır. Bağları yamaclarda saldıqda cənub, cənub-qərb ekspoziyalı, istinin və işığın ən çox olduğu sahələrin seçilm əsi daha əlverişlidir. Sort xüsusiyyətind ən asılı olaraq, zeytun ağacına 8 x 8, 8 x 6, 6 –x6 v ə 5 x 6 m qidalanma sahəsi ayırırlar. Tingləri əkməzdən qabaq hər çalaya 6-10 kq çürümüş peyin, 200 qr ammonium şorası, superfosfat və 100 qr kalium duzu verilir. Bunları torpaqla yaxşıca qarışdırmaq lazımdır. Əkindən qabaq veril ən gübrə tinglərin ilk 4 – 5 ildə normal inkişafetməsinə səbəb olur. Bağları bütün üç istiqamətdən olan sortlardan – konservlik, yağlıq, konservlik- yağlıq sortlardan salırlar. Tozlanacaq hər 2 əsas ağaca bir tozlayıcı ağac əkilir. Əsas universal tozlayıcı sort Azərbaycan zeytunu sayılır.
Zeytun bağlarına qulluq
Cavan bağlara edilən qulluq meyvəçilikdə qəbul edilmiş ümumi qaydalar kimidir. 5 – 10 yaşlı zeytun bağlarına üzvi (peyin) və mineral gübrələr -fosfor v ə kalium payızda, gövdəətrafı dairəyə, yəni hər bir a ğacın altına 40 – 45 kq çürümüş peyin, 600 qr superfosfat v ə 150 – 200 qr kalium duzu verilir. Azotlu gübrələr yaz becərməsi zamanı hər ağacın altına 400 qr, yayda əlavə olaraq 200 qr verilir. Quraq rayonlarda bitkilər, tələbatdan, ilin şəraitind ən və ya ğıntının miqdarından asılı olaraq 9 – 10 dəfə suvarılır. (yazda 2 dəfə, yayda 5 dəfə, payızda və qışda rütubəti toplamaq üçün 2 – 3 dəfə).
Cavan zeytun ağacları çala üsulu ilə suvarılır. Bitkilərin kök sistemi inkişaf etdikcə bütün qidalanma sahəsi şırım üsulu ilə suvarılır.
Müəllif: Əhməd-Cabir Əhmədov