Zeytun yağının faydaları

zeytun yağının faydası agroexpert.az

Zeytun İtaliya, İspaniya və Yunanıstanın milli qida məhsullarındandır. Bəzi dinlərdə zeytun müqəddəs meyvə kimi qəbul edilir. Yunanlar üçün ən müqəddəs meyvə sayılır. Onların əfsanələrinə görə zeytunu Afina Pallada yaradıb. Onun sərt dadı və bir-neçə rəngli növü var.

Bu yağ tərkibində yüksək miqdarda yağ turşuları və yağlılıq miqdarı çox olan zeytun ağacının meyvəsindən hazırlanır. Zeytun yağınınm rəngi tünd sarı rəngdən yaşıl-sarı rəngə qədər ola bilir. Bu zeytunun yetişdiyi bölgədən asılı olaraq dəyişir

Zeytun yağında qızardılmış qidaların dadı çox fərqli və dadlı olur.
100 qram zeytunda 99,8 qram yağ, 0,2 qram su və 884 kalori var.
Zeytun yağının tərkibində A, E, D vitaminləri, fosfor birləşmələri, bioloji aktiv maddələr, çoxlu miqdarda kollagenlər, minerallar olur.

Bu məqalədə sizə zeytun yağının faydalarından bəhs edəcəyik
Arıqlamağa kömək edir

Tibb mütəxəssisləri zeytun yağının tərkibində olan doymamış yağların çəki almağa maneə olduğunu deyirlər. Zeytun yağı üzərində aparılan araşdırmalar,  bu məhsulun arıqlamaq üçün istifadədə müsbət nəticələr verdiyini göstərib.

İmmuniteti gücləndirir

Zeytun yağı uşaqlarda sümük quruluşunu gücləndirir, maddələr mübadiləsini və beyin inkişafını sürətləndirir. Yaşlı insanlar üçün çox faydalı sayılan E vitamini mənbəyidir.

Həzmi sürətləndirir

Zeytun yağının həzm prosesinə kömək etdiyi bilinir. Həzm sistemini təmizləmək və bağırsaq hərəkətlərini yaxşılaşdırmaq üçün tibbi yağ kimi istifadə olunur.

Dəri sağlamlığını qoruyur

Zeytun yağı yüksək miqdarda E vitamini ehtiva edir və bu vitamin dərini günəş şüaları, külək kimi xarici amillərdən qoruyur. Bundan əlavə, zeytun yağı son dərəcə yaxşı bir nəmləndiricidir. E vitamini tərkibi ilə dərini iltihab, sızanaq, gül xəstəliyi və dəri xərçəngindən qoruyur. Daban çatlarının müalicəsində krem kimi istifadə edilə bilər. Həmçinin saç sağlamlığı üçün də çox faydalıdır.

Ürək problemlərini azaldır

Təbii zeytun yağı, 70% nisbətində doymamış yağ turşusundan ibarətdir. Buna görə də qandakı xolesterol yığılmasını və ürək problemlərini azalda bilir.

LDL xolesterol infarkt və ağciyər ürək xəstəliyi riskini artıran pis bir xolesterol növüdür. Təxminən 40 antioksidan kimyəvi element baxımdan zəngin olan zeytun yağları LDL xolesterolun oksidləşmə təsirini azaltmağa kömək edir. Həm də HDL xolesterol səviyyəsini artırır.

İltihabların qarşısını alır

Zeytun yağı iltihab əleyhinə və antimikrobiyal xüsusiyyətləri olan fenollarla zəngindir. Nəticədə, onun istifadəsi patogen bakteriyaların böyüməsinin qarşısını alır və iltihabı aradan qaldırır.

Qocalmanı gecikdirir

Antioksidanlarla zəngin olan zeytun yağı insan bədəninin təbii yaşlanma prosesini ləngidir. Kosmetik məhsullarda və təbii bitki müalicəsində istifadə edilən zeytun yağı, dəriyə təbii bir parıltı verir.

Hüceyrə divarlarını gücləndirir

Zeytun yağı daha güclü hüceyrə divarlarını yaratmağa kömək edən polifenolları ehtiva edir. Həmçinin sizi müxtəlif ürək xəstəliklərindən qoruyan arteriya divarlarının elastikliyini artırır.

Xərçəng riskini azaldır

Zeytun yağının insan orqanizmini xərçəng xəstəliyinin yaranmasından, xüsusilə bağırsaq xərçəngindən qoruduğu deyilir. Oksford Universitetində aparılan tibbi araşdırmalar bu yağın turşulu tərkibinin rektal və bağırsaq xərçənginin başlanmasının qarşısını alacağına dair müsbət əlamətlər göstərmişdir.

Döş xərçənginin qarşısını alır

Son bir araşdırma, zeytun yağının vacib bir komponenti olan hidroksitirolun qadınlarda döş xərçənginin qarşısını almağa kömək edə biləcəyini göstərdi.

Zeytun yağı ilə massaj olunmaq osteoxondroz və duzların toplanması zamanı orqanizmi rahatlaşdırır və sinir sistemini sakitləşdirir. Zeytun yağı ilə massaj olunmaq qan dövranının yaxşılaşmasına səbəb olur. Dırnaqların möhkəmlənməsi üçün zeytun yağı və limon şirəsi əlavə edilmiş isti suda əlləri vanna etmək, quruladıqdan sonra zeytun yağı sürtərək əlcək geyinib yatmaq lazımdır. Səhər əlləri yuduqdan sonra isə dıqnaqlara yod sürtmək dırnaqların möhkəmlənməsinə səbəb olur.
Davamlı olaraq dəriyə duz qatılmış zeytun yağı ilə silmək dərinin möhkəmlənməsinə və elastikləşməsinə səbəb olur. Quru əllərdən xilas olmaq üçün isə dərini isti zeytun yağında saxlamaq lazımdır. Bu vasitə ilə quru dərili əllərdən birdəfəlik xilas olmaq olur.

Amma həm də unutmamalısınız ki, zeytun yağının uzun müddətli daxili və xarici istifadəsi faydadan daha çox zərər verə bilər. Xüsusilə həddindən artıq duru istifadəsi həzm sistemində mənfi nəticələrə səbəb olur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!