Zob xəstəlikləri və təbii yolla müalicə üsulları

Qalxanvari (qalxanabənzər) vəz iki lob şəklində boğazın ön hissəsində yerləşən vəzlərdir. Bu vəzlər iki növ hormon istehsal edərək maddələr mübadiləsini tənzimləyir və maddələr mübadiləsi sürətini idarə edir. Tiroid hormonlarının az və ya daha çox olması qalxanvari vəzində meydana gələn əsas narahatlıqlardandır. Zob xəstəliyi həkimi və dərman müalicəsindən əlavə alternativ olaraq müxtəlif faydalı bitkilərlə evdə öz həkiminiz ola bilərsiniz. bu xəstəlik üçün tədbir görülməzsə ciddi xəstəliklərə səbəb ola bilər.

Əsasən yod çatışmamazlığından yaranan zob xəstəliyi insanda çox ağır fəsadlar yaradır.

zob bitkiləri agroexpert.az
Qalxanabənzər vəz xəstəliyində yaranan fəsadlar:
  • Yorğunluq
  • Dəridə quruluq
  • Kökəlmə
  • Saçlarda quruluq
  • Soyuğa qarşı dözümsüzlük
  • Reflekslərdə və hərəkətlərdə yavaşlama
  • Əzələlərdə və sümüklərdə ağrı
  • Uyuşma
  • Qan təzyiqi
  • Xolesterolun artması
  • Aybaşı pozğunluğu
  • Qəbizlik, şişkinlik
  • Yaddaş problemləri
  • Depressiya simptomları (İstəksizlik, özünəqapanma)
Təbii müalicə üsulları və müalicəvi bitkilər

Zob xəstəliyinə yaxşı təsir edən bitkilərlə müalicə bərpa prosesini sürətləndirə bilər.

zob agroexpert.az

Şüyüdün zob xəstəliyinin müalicəsində kömək edən ən vacib bitki olduğunu söyləyə bilərik. 3 ay boyunca boş bir mədədə, səhər, günorta və axşam, yeməkdən 15 dəqiqə əvvəl, 1 yemək qaşığı doğranmış şüyüd çeynədikdən sonra iki və ya üç qurtum su ilə udun. Bu müalicənin 3 ay ərzində müntəzəm istifadəsi qalxanvari vəzlərin müntəzəm işləməsini və zob xəstəliklərini dəf etməyi asanlaşdıracaq.

Zob xəstələrinin brokkoli, kələm, qırmızı və kələm, gül kələm, soya, brüssel kələmi, ispanaq, fıstıq, böyürtkən, cırtdan, darı və şaftalı kimi qidalardan uzaq olmaları məsləhətlidir. Bəzən ev şəraitində yod şüşəsinin ağzının açıq qoyulması tövsiyyə olunsa da, bunun məsləhətli olmadığı qeyd edilir. Yodun ağzını açıb yataq otağına qoyulmasının və qalxanvari vəzin üstünə çəkilməsinin mənfi hallara səbəb olduğu da bildirilir. Çünki o, texniki yoddur, orqanizm onu mənimsəyə bilmir. Suyun içinə yod damızdırıb içirlər. Bu, vəzdə böyümə zamanı daha pis nəticə verə bilər. Çünki yod artıq böyümüş vəzi qıcıqlandırır və mənimsəyə bilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика