Sarımsaq əkini, yığımı

Sarımsaq xalqımızın əhəmiyyət verdiyi tərəvəzlərdəndir. Tarixən bu bitki sevilib və yeyilib. Hələ eramızdan əvvəldə çinlilər bu bitkinin dərman kimi istifadə ediblər. Qədim misir fironlarının qəbirlərindən də sarımsaq qalıqları aşkar edilib.

Bu bitkinin əsas vətəni İran və Əfqanistan hesab edilir. Avropalılar sarımsaq ilə XV əsrdə tanış olublar. 
Kəskin iyinə baxmayaraq sarımsaq dərman bitkisi kimi hələ də sevilir. ABŞ kimi inkaşaf etmiş ölkə bu məhsulun istehsalında dünyada qabaqcıl ölkələrdən biridir.

Kök sistemi. Sarımsaqda kökün inkişafı soğanda olduğu kimidir. Kökü yoğun olur və nadir hallarda şaxələnir. Köklərin əsas hissəsi (75%) 20-25 sm torpaq dərinliyidə olur. Torpağın xüsusiyyətindən asılı olaraq 50 sm dərinliyə qədər gedə bilir.

Yarpaq. Sarımsaq dişi torpağa əkildikdən dərhal sonra kökləri, sonra isə yarpaqları meydana gəlir. Yarpaqlar çöldən içəriyə doğru meydana gəlir və yarpaq qınlarının uzunluğu 20-60 sm arasında olur. Yarpaqların rəngi növündən asılı olaraq fərqli ola bilər. Yarpağın üstü mum təbəqəsi ilə örtülüdür. Daha sonra yarpaqda əmələ gələn tumurcuqlardan dişlər əmələ gəlir.

Çiçək. Sarımsaq bitkisi birinci il vegetativ olaraq qalır, ikinci il çiçəkləyir. Ancaq gec əkilərsə bitki sadəcə dişlərdən ibarət olur. 

İqlim istəyi. 15-20 dərəcə selsi temperaturda 60-80% nəmli şəraitdə daha yaxşı yetişir. Temperaturun kəskin qalxıb-enməsi bitkiyə təsir edərək saralmasına səbəb olur. Bitki inkişaf mərhələsində nəmliyə çox ehtiyac duysada, yığım mərhələsində yağışa qarşı həssas olur.

Sarımsaq əkini

Torpaq istəyi. Bitki torpaq cəhətdən çoxda seçici olmasad bitki üzvi maddələrlə zəngin torpaqda daha yaxşı yetişir. Əsasən qatmaq bağlamayan torpaqlarda əkilməlidir. Təzə üzvi gübrələri bitkiyə vermək olmaz. Sarımsaq əkiləcək torpaq ən azından 4-5 % humusla zəngin olmalıdır. Sarımsaq əkiləcək torpağa 3 ay öncədən hektara 5-6 ton yanmış üzvi gübrə verilməlidir. Daha sonra torpaq 25 sm dərinlikdən sürülərək gübrəylə qarışdırılmalıdır.

Əkin şəkli. Əvvəlcədən seçilmiş başlardan dişlər zərər vermədən ayrılır, ölçülərinə görə 2-3 qrupa ayrılır. Qabığı zərər görmüş dişlər əkin üçün istifadə olunmur. Dişlərin ölçülərinə görə qrupa ayrılaraq əkilməsi vacibdir, yoxsa inkişaf edən başlar irili-xırdalı olacaq. 

Əkindən öncə torpaq 10-12 sm dərinlikdə sürülür. Sonra əkin cərgə şəklində (cərgənin arası 30 sm) tək-tək əkilir. Əkin zamanı dişlər torpağa tərs şəkildə qoyulmamalıdır. Hər 1  m²-ə  160-a qədər sarımsaq əkilə bilər. Dişlər arası məsafə isə 10-12 sm olmalıdır.

Sarımsaq

Sulama. Sarımsaq adətən dəmyə şəraitini sevdiyindən, belə ərazilərdə əkilərsə sulamaya ehtiyac olmaz. Sulamaq vacib olarsa çiləmə üsulundan istifadə edilməlidir. Bitki 30-40 sm çatdıqda azot, fosfor və kalium gübrələr verilməlidir. Gübrələr heç bir şəkildə yarpağa toxunmamalıdır.

Yığım.  Bitki qurumaya başladıqda artıq yığım vaxtı çatmışdır demək. Sarımsağı torpaqdan çıxardıqdan sonra 2-3 gün sahədə qalmalıdır ki, tam  qurusun.   Daha sonra məhsullar yığılaraq, saxlanılır. 0 dərəcədə sarımsağı 6-8 ay saxlamaq olar. Sarımsağın məhsuldarlığı torpaqdan asılı olaraq 6-10 ton arası olur.

Bu il məhsul bol olduğundan, ya da ölkəyə Çindən ixrac artıdığından, sarımsağın qiyməti çox ucuzlaşdı. Fermerlər demək olar ki, zərər etdilər. Ona görə bu il sarımsaq əkməyə dəyər. Çünki bu il ucuz oldu deyə, zərər edən fermerlərin çoxu başqa əkin edəcək. 

Mənbə.

Sarımsaq əkən fermerlərin iki böyük əksiyini söyləyə bilərəm.

1. Hələ də klassik üsullarla əkin edirlər. Bu da nəticədə məhsulun maya dəyərini artırır. Halbuki bu gün 10 adamın 5 gündə elədiyi işi bir texnika 1 günə edir. Həm maliyyəti ucuz başa gəlir, həm vaxtdan qazanırsınız. 

2. Sarımsağın saxlanc yerləri, anbar problemi var. Ona görə qışa kimi yerli məhsul satılmağa məhkumdur. Qışda isə yenə bazar Çinin keyfiyyətsiz malı ilə doldurulacaq.

(p.s)


AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107