4 Oktyabr Toxum sərgi-satış yarmarkası-Hacıqabul
Agroexpert.az saytı Azərtac-a istinadən xəbər verir ki, oktyabrın 4-ü Hacıqabulda toxum sərgisi təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq Respublika toxum sərgi-satış yarmarkası keçiriləcək.
Hacıqabul rayonunda keçiriləcək yarmarkada Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edəcəklər.
Yarmarkanın keçirilməsində əsas məqsəd:

- toxum bazarının formalaşması,
- istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulması,
- işgüzar və səmərəli görüşlərin təşkili,
- həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.
Sərgidə əsasən dənli, (arpa, buğda) həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdiriləcək.
- Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması,
- sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi,
- kondisiyaya çatdırılması barədə məlumat veriləcək,
- informasiya materialları təqdim olunacaq.